AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÜKÜROV KƏRİM KƏRƏM OĞLU

ŞÜKÜROV KƏRİM KƏRƏM OĞLU

Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, “Azərbaycanın tarixi demoqrafiyası” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, AzTV-də Azərbaycan tarixi proqramının aparıcısı.

“Azərbaycanın tarixi demoqrafiyası” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Kərim Kərəm oğlu Şükürov 1956-cı il may ayının 10-da Bərdə rayonunda anadan olub.

1972-ci ildə Bərdə şəhər 1 №-li orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub.

1977-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə başa vurub.

1977-1980-ci illərdə Bərdə şəhər 1 № li orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləyib. Bərdə şəhər sovetinin deputatı seçilib.

1980-ci ilin sentyabrında BDU-nun aspiranturasına (istehsalatdan ayrılmaqla) daxil olub, eyni zamanda universitetdə pedaqoji fəaliyyətə başlayıb.

1983-cü ildə aspiranturanı bitirdikdən sonra universitetə müəllim təyin olunub. Əvvəlcə (1983-1989) SSRİ tarixi (oktyabraqədərki dövr), sonra (1989-cu ildən) Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirib.

Azərbaycanın tarixi demoqrafiyası Elmi-Tədqiqat laboratoriyasının təşkilatçılarından olub, ona rəhbərlik edib.

Hazırda AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, “Azərbaycanın tarixi demoqrafiyası” şöbəsinin müdiri, Azərbaycan Turizm və Menecment Universitetinin professorudur. "Visions of Azerbaijan" jurnalının məsləhətçi redaktorudur.

Vətən tarixi ixtisası üzrə "Cənubi Azərbaycandan Zaqafqaziyaya kəsbkarlıq (XIX əsrin 30-cu illəri-1905-ci il)" mövzusunda namizədlik dissertasiyası, "Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)" mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib. 

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 200-dən çoxdur.

Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq məhz professor Kərim Şükürov tərəfindən İran və Rusiya imperiyası arasında əhalinin miqrasiyasının hüquq-siyasi məsələləri, miqrantların dinamikası və yerləşməsi məsələləri, əhalinin öyrənilməsinin mənbələri və tarixşünaslığı, Azərbaycanın tarixi demoqrafiyası tədqiq edilmişdir. 

Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin professorudur. 

Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, Kərim Kərəm oğlu Şükürova 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı verilmişdir. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilmişdir.

Ən mühüm elmi əsərləri:

  • Birinci Dünya müharibəsinin Qafqaz cəbhəsi: Rusiyada və regionda hakimiyyət dəyişikliklərinin təsiri və dağılmasına dair//Tarixin qaranlıq səhifələri, keçmişin ibrət dərsləri və gələcəyə çağırış. Be ynəlxalq elmi konfransın materialları. Bakı, 23-24 may 2014-cü il. Bakı, 2014, S.281-287
  • Azərbaycan Cümhuriyyətinin Qarabağ general-qubernatorluğu: ərazisi, əhalisi və torpaqlarının sonrakı taleyinə dair (1919-1929-cu illər) // Qarabağ dünən, bu gün və sabah. Bakı, 2014
  • О топонимических и картографических аспектах переселения армян на Кавказ// Вестник НАНА, 2015, т.12, №1, c.35-42 (В соавт.)
  • Şair və hakim Hüseyn xan Müştaq: tarixi mənzumə vəəsərlərdən səhnəyə//Vaqif Aslan. Hüseyn xan Müştaq. Bakı, 2015, s.5-14
  • Naxçıvanın demoqrafiya tarixi (1920-ci illərdən müasir dövrədək)//”Tarixi ipək yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” Beynəlxalq İpək yolu konfransı. 16-17 oktyabr 2015-ci il. Naxçıvan, 2015, s.49
  • Azərbaycan toponimikası tarixindən//Mirmahmudova M. Azərbaycan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti.Bakı, 2015, s.5-9
  • Шукюров К.К. Из истории топонимики Азербайджана//Мирмахмудова С. Азербайджанские ойконимы в Армении и политика их арменизации. Баку,2015, c.4-6
  • Şükürov K.K. Azerbaycan toponimi bilim tarihine bir bakış//Ermenistan coğrafiyasında Azerbaycan kökenli oykonimler ve onların ermenileştirilmesi politikaları. İstanbul, 2015, s.7-12
  • XIX. Yüzilin Sonları-XX. Yüzilin Başlanğıcında Kafkasya Nüfusunun Konfessional Yapısı (Rusiya imparatorluğu İstatistiklerine göre)//Yeni Türkiye. Tyemmuz. Aralık. Yıl 21. Sayı 71. s.418-423
  • Azərbaycanda erməni qörğınları və deportasiyaları haqqında baxışların tənqidi təhlili//”Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920)” mövzusuna həsr olunmuş II Beynəlxalaq elmi konfransın materialları. AMEA Tarix İnstitutu. Elmi Əsərlər. Xüsusi buraxılış. 2015, № 52-55, s.72-74
  • Dünya qadın tarixçiliyi: şəxsiyyət vəəfsanə (Sara Aşurbəyli haqqında söz)//Bakı tarixinin ensiklopediyası: Sara Aşurbəyli-110 il. Bakı, 2016, s.8-12
  • Birinci Dünya müharibəsi ərəfəsində Şərqi Anadolunun demoqrafiyasına dair// Elmi Əsərlər. “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920)” mövzusuna həsr olunmuş III Beynəlxalq elmi konfransın materialları. Xüsusi buraxlılış. 56,57,58/2015. s.530-534
  • Birinci Dünya müharibəsi dövründə Cənubi Qafqazda (Zaqafqaziyada) demoqrafik vəziyyət// Azərb. MEA-nın Xəbərləri. İctimai elmlər ser. 2016, №2, s.95-101
  • Rusiya imperiyasının müsəlmanları: Regional idarəetmə təsisatlarına dair (Zaqafqaziya Müsəlmanları Dini İdarəsi üzrə)//Naxçıvan Universiteti. Əsərləri. 2016, №1 (2), s.209-219
  • Rusya İmparatorluğunun Orta Anadoluyla ilgili Stratejik Planları (XIX yüzil-XX yüzilliyin ilk çereyi). Sentral Anatolia in stratejical plan of Russian empire (at the begining of XIX-XX centeries)//Bozok Universitesi Uluslararası Bozok sempozyumu. 5-7 mayıs 2016 y. Bildiri özetleri. Yozqat, 2016, s. 236-237
  • Azərbaycan dövlətçiliyi tarixində təhsil məsələləri//Ə. və O.Tahirzadə. Azərbaycan Cümhuriyyəti tələbələri. Bakı, 2016, s.IX-XXI.
  • Alban (Qafqaz) kilsəsinin ləğvi-1836: Bu necə olmuşdur?//APA İnformasiya Agentliyinin saytı.
  • Azərbaycanlılar: Demoqrafik vəziyyəti və hakim siyasətə dair (F.Ə.Əliyevanın “Cənubi Qafqazın azərbaycanlı əhalisi (1920-1930-cu illər)” kitabı haqqında)// F.Ə.Əliyeva. Cənubi Qafqazın azərbaycanlı əhalisi (1920-1930-cu illər). Bakı, 2016, s.3-7
Paylaş: