AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Qafqaz səyahətləri

Müəllif Verner fon Simens
Nəşr olunduğu il 2013
Bölmə tarix
Səhifə sayı 144
Dil Azərbaycanca
Baxış sayı 71
Yükləmə sayı 8

Tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilən "Qafqaz səyahətləri" kitabı tariximizi öyrənmək üçün xüsusi əhəmiyyəti olan ilk mənbələrin nəşri sahəsində növbəti uğurlu addımdır. Verner fon Simensin qələmindən çıxmış bu qiymətli xatirələr müəllifin şəxsi müşahidələrinə əsaslanır. Kitabın ilk mənbə kimi dəyəri də məhz bundadır. Digər tərəfdən, almaniyalı sahibkarın xatirələri çox aydın şəkildə göstərir ki, XIX əsrdə Gədəbəy təkcə Azərbaycanın deyil, bütün Rusiya imperiyasının əsas metallurgiya mərkəzlərindən biri olmuşdur. Bu baxımdan Verner fon Simensin "Qafqaz səyahətləri" kitabı həm də Azərbaycanda metallurgiyanın inkişaf tarixinə dair qiymətli mənbədir.Qeyd olunmuşdur ki, kitabda "Qafqaz səyahətləri"nin orijinal variantı və Azərbaycan dilinə tərcüməsi yer almışdır. Verner fon Simensin xatirələrini ana dilimizə həmvətənimiz, Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı sosial elmlər doktoru Azər Babayev tərcümə etmişdir. Layihənin rəhbəri və kitaba ön sözün müəllifi Y.Mahmudovdur.

Paylaş: