AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

XƏLİLOV NAZİM NİZAMİ OĞLU

XƏLİLOV NAZİM NİZAMİ OĞLU

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri.

Nazim Xəlilov 1989-cu il dekabrın 10-da Bakı şəhərində anadan olub.

2011-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, 2013-cü ildə Azərbaycan-Amerika Jurnalistika Akademiyasını bitirib. 2014-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında mütəxəssis vəzifəsində işləyib. 2015-ci ildən AMEA-nın Tarix İnstitutunda çalışır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş XV ənənəvi tələbə elmi konfransında III yerə və ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə I yerə layiq görülüb. Binəqədi Rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı (2007), Mərkəzi Elmi Kitabxananın təşəkkürnaməsi (2014), Tarix İnstitutunun Fəxri Fərmanı (2017) ilə təltif olunub. 2018-ci ildə elmin təbliğindəki xidmətlərinə görə AMEA-nın təşəkkürnaməsinə layiq görülüb.

Paylaş: