AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Fəaliyyətinin əsas istiqamətləri

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan tarixinin, o cümlədən ümumi, beynəlxalq münasibətlər, mənbəşünaslıq və tarixşünaslıq elmi istiqamətlərinin əsaslı problemlərinin tədqiqi ilə məşğul olur. Bu problemlər aşağıdakılardır: 

  1. Azərbaycanın qədim və antik dövr tarixinin siyasi, sosial–iqtisadi, tarixi coğrafiya problemlərinin tədqiqi (Ən qədim dövrlərdən başlayaraq b.e. IV əsrinə qədər olan dövr).
  2. Azərbaycanın orta əsrlər tarixinin sosial-iqtisadi, hərbi-siyasi, tarixi coğrafiya və mədəniyyət tarixi problemlərinin tədqiqi məsələləri (IV-XVIII əsrin I yarısı).
  3. Azərbaycanın yeni tarixinin sosial-iqtisadi, hərbi-siyasi, tarixi coğrafiya və mədəniyyət tarixi problemlərinin tədqiqi məsələləri (1736-1917-ci illər).
  4. Azərbaycanın tarixinə dair mənbəşünaslıq və tarixşünaslıq problemlərinin tədqiqi məsələləri.
  5. Azərbaycanın əhali tarixi və tarixi demoqrafiya problemlərinin tədqiqi məsələləri.
  6. Azərbaycan xalqına qarşı törədilmiş deportasiya, etnik təmizləmə və soyqırımı cinayətləri tarixi problemlərinin tədqiqi (1801-2017). 
  7. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyasına dair problemlərinin tədqiqi məsələləri (1918-2017-ci illər).
  8. Azərbaycan və Qafqaz tarixinə dair problemlərin tədqiqi məsələləri.
  9. Azərbaycan xalqının milli dövlətçilik tarixinə dair problemlərinin tədqiqi məsələləri.
  10. Azərbaycanın beynəlxalq münasibətlər tarixi problemi məsələlərinin tədqiqi.
  11. Azərbaycan xalqının hərb tarixinin tədqiqi məsələləri.
  12. Azərbaycanın Asiya, Türkiyə, Rusiya, ABŞ və Avropa ölkələri ilə əlaqələri tarixinin əsas istiqamətlərinin tədqiqi məsələləri.
  13. Azərbaycan milli mədəniyyəti tarixi problemlərinin tədqiqi məsələləri.
  14. Azərbaycanın XIX-XX əsrlər siyasi tarixi məsələlərinin tədqiqi.
  15. Azərbaycanın sənətkarlıq tarixi məsələlərinin tədqiqi.
  16. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin sosial-iqtisadi, hərbi-siyasi, tarixi coğrafiya və mədəniyyət tarixi məsələlərinin tədqiqi (1918-1920).
  17. Ümummilli lider Heydər Əliyev irsinin tədqiqi məsələləri (1923-2003).
  18. Azərbaycan Respublikası tarixi məsələlərinin tədqiqi.
  19. Cənubi Azərbaycan tarixi məsələlərinin tədqiqi (1813-2018).
  20.  Azərbaycan tarixi, ümumi tarix və beynəlxalq münasibətlər tarixinə dair problemlərin tədqiqi.

Paylaş: