26.12.2018
Hörmətli KİV nümayəndələri!
Dekabrın 27-də, saat 12:00-da AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Qaraş Mədətovun (1928-1993) 90 illik yubileyi qeyd olunacaq.
Sizi tədbirə dəvət edirik.
Yubiley tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarına əsasən Tarix İnstitutu tərəfindən təşkil olunur. Tədbirdə Milli Məclisin deputatlarının və akademiklərin iştirakı gözlənilir.
Tədbir AMEA-nın əsas binasının kiçik akt zalında (2-ci mərtəbə) olacaq.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 115.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.