AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Yaqub Mahmudov tələbələrə ustad dərsi keçəcək

28.01.2019

Hörmətli KİV nümayəndələri!

29 yanvar 2019-ci il, saat 14:00-da AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov BDU-nun Tarix fakültəsinin tələbələrinə “Azərbaycan tarix elmi: dünən, bu gün, sabah”mövzusunda ustad dərsi keçəcək.

Sizi tədbirə dəvət edirik.

Qeyd edək ki, bu cür dərslər AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Elmi konfrans AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.

Paylaş: