23.05.2025
Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” adlı məruzə ilə çıxış etdi. Nazim Mustafa həmin illərdə erməni silahlı dəstələrinin Cənubi Qafqazın 15 qəzasında, 8 şəhərində kütləvi qırğınlar törətdiklərini, 10 min nəfərə qədər insanın qətlə yetirildiyini bildirdi. O, 1905-1906-cı illərdə ermənilərin İrəvan quberniyasında və Zəngəzur qəzasında 200-dən artıq türk-müsəlman yaşayış məntəqəsini viran qoyduqlarını, həmin dövrdə yalnız ermənilərdən ibarət ilk anklavların yarandığını, 1918-1920-ci illərdə həmin anklavları silah gücünə birləşdirməklə tarixdə ilk erməni dövlətinin yarandığını vurğuladı.
Daha sonra professor Hacı Həsənov, tarix elmləri doktoru, dosent Elçin Qarayev, tarix üzrə fəlsəfə doktorları Ziyad Əmrahov, Ramil Niftəliyev, Elmar Məhərrəmov çıxış etdilər.
_________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir