AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

VİDEO QALEREYA

28 May Respublika Günüdür

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) internet-televiziyası olan Elm TV Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı reportaj hazırlayıb. Reportajda Elm TV-nin müxbirinə müsahibə verən tarixçi-alimlər AMEA-nın Tarix İnstitutunun şöbə müdirləri Natiq Məmmədzadə və İlqar Niftəliyevdir. N.Məmmədzadə “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin müdiri, İ.Niftəliyev isə “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiridir. Xatırladaq ki, 2016-cı ildə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində “Elm TV İnternet televiziyası” şöbəsi yaradılıb. Şöbənin rəhbəri isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmiş tanınmış jurnalist Xatirə Cabbarzadədir.

20.10.2017

Paylaş: