AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

İBRAHİMOV ZÜLFƏLİ İMAMƏLİ OĞLU

İBRAHİMOV ZÜLFƏLİ İMAMƏLİ OĞLU

25.12.1910 - 21.09.1972

Azərbaycan SSR EA-nın müxbir üzvü, professor, 1960–1967-ci illərdə Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru.

1910-cu il dekabrın 25-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur.

1924-cü ildə ailəsi ilə birgə Bakıya köçmüş və burada təhsil almışdı.

1932-ci ildə Moskva Ümumittifaq Jurnalistlər İnstitutuna göndərilmiş və 1935-ci ildə həmin institutu bitirdikdən sonra Bakıya qayıtmışdır.

Z.İ.İbrahimov 1941-ci ildə namizədlik, 1948-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1950-ci ildə professor elmi adı almış, 1959-cu ildə isə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

O, 1960–1967-ci illərdə Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru vəzifəsində işləmişdir.

Z.İ.İbrahimov 300-ə qədər monoqrafiya və elmi məqalələrin müəllifidir. O, elmi fəaliyyətinin ilk dövrünü Azərbaycan xalqının tarixi keçmişinin mühüm problemlərinin tədqiqinə həsr etmişdir. Elmi fəaliyyətinin sonrakı mərhələsində isə «İngilis-amerikan müdaxiləçilərinə qarşı Azərbaycan xalqının mübarizəsi», «Azərbaycanda 1905–1907-ci illər inqilabı», «Azərbaycan zəhmətkeş-lərinin sosialist inqilabi uğrunda mübarizəsi» və s. əsərlərini nəşr etdirmişdir.

Uzun illər Azərbaycan Dövlət Universitetində Vətən tarixindən ümumi və xüsusi kurslar aparan Z.İ.İbrahimovun rəhbərliyi ilə 80-ə qədər namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.

Azərbaycan SSR EA-nın müxbir üzvü Z.İ.İbrahimov «Oktyabr inqilabi», «Şərəf nişanı» ordenləri, bir çox medal və fəxri fərmanlarla təltif olunmuş, Azərbaycan SSR dövlət mükafatına layiq görülmüşdür.

1972-ci il sentyabrın 21-də vəfat etmişdir.

Paylaş: