Tarix İnstitutu milli tarixin öyrənilib doğma xalqa çatdırılması sahəsində böyük uğurlarla zəngin inkişaf yolu keçmişdir. Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi tədqiqat institutunun – bu günkü A.A.Bakıxanov adına Tarix İnstitutunun özülü qoyulmuşdur. Elmi tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-cı ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə AEA Rəyasət Heyəti yanında Fəlsəfə Sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor AEA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna çevrilmişdir.
ŞÜKÜROV KƏRİM KƏRƏM OĞLU | 2021-ci il 28 yanvar tarixindən |
---|---|
MAHMUDOV YAQUB MİKAYIL OĞLU (YAQUB MAHMUDLU) | 13.09.2004 - 28.01.2021 |
ƏLİYEV İQRAR HƏBİB OĞLU | 17.01.1978 - 11.06.2004 |
QULİYEV CƏMİL BAHADUR OĞLU | 27.03.1972 - 17.01.1978 |
KOZİN YAKOV DMİTRİYEVİÇ | 09.01.1940 - 28.10.1940 |
SUMBATZADƏ ƏLİSÖHBƏT SUMBAT OĞLU | 16.04.1970 - 24.03.1972 |
İBRAHİMOV ZÜLFƏLİ İMAMƏLİ OĞLU | 12.11.1960 - 06.06.1967 |
QULİYEV ƏLİÖVSƏT NƏCƏFQULU OĞLU | 05.04.1953 - 16.01.1958 (1) / 06.06.1967 – 06.11.1969 (2) |
ŞƏRİFLİ MƏMMƏDƏLİ XƏLİL OĞLU | 16.06.1950 – 16.02.1951 |
ƏLİZADƏ ƏBDÜLKƏRİM ƏLİ OĞLU | 25.02.1944 - 16.06.1950 |
HÜSEYNOV İSMAYIL ABBAS OĞLU | 10.04.1941 - 25.02.1944 |
KLİMOV ALEKSEY ALEKSEYEVİÇ | 17.02.1938 - 01.01.1939 (1)/ 29.10.1940 - 10.04.1941 (2) |
HƏSƏNOV İDRİS MƏŞƏDİ ZAMAN OĞLU | 19.07.1937- 17.02.1938 |
ƏHMƏDOV ƏHMƏD ƏLİ OĞLU | 1 iyun, 1937-ci il – 11 iyul, 1937-ci il |
ZİFFELD-SİMUMYAQİ ARTUR RUDOLFOVİÇ | 08.05.1937 - 01.06.1937 |
MEŞŞANİNOV İVAN İVANOVİÇ | 1936-1937-ci illər |