AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ƏLƏKBƏROV ƏZİZAĞA BƏHRƏM OĞLU

ƏLƏKBƏROV ƏZİZAĞA BƏHRƏM OĞLU

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “ Beynəlxalq münasibətlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, bölmə rəhbəri.

Əzizağa Bəhrəm oğlu Ələkbərov 1952-ci il sentyabrın 10-da Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuşdur.

1968-ci ildə Sabirabad kənd 8 illik məktəbini, 1971-ci ildə Cəlilabad şəhər 7 saylı orta məktəbini fərqlənmə ilə bitirmiş və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə həmin universitetin tarix fakültəsini bitirmişdir.

1975-1984-cü illərdə Sabirabad kənd orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü il sentyabrın 18-dən -1997-ci il aprelin 28-dək Azərbaycan EA “ Elm” nəşriyyatında redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində işləmişdir.

1997-ci il aprelin 28-də Azərbaycan EA A.A.Bakıxanov adına Tarix İnstitutunun “ Azərbaycanın Böyük Vətən müharibəsi və müharibədən sonrakı dövr tarixi” şöbəsinə elmi işçi vəzifəsinə köçürülmə yolu ilə qəbul edilmişdir.

2001-ci il oktyabrın 31-də “ Azərbaycan avtomobil nəqliyyatının bərpa və inkişaf etdirilməsi tarixi ( 1946-1960-cı illər)” mövzusunda  tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.

Əzizağa Ələkbərov akademik nəşr olan çoxcildlik “Azərbaycan tarixi”nin VII cildinin müəlliflərindən biridir. Hazırda o, “Azərbaycan SSR-nin Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə əlaqələri tarixi (1946-1991-ci illər)” adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir.

Əzizağa Ələkbərovun “Azadlıq” qəzetində (1990-1991-ci illər) korrektor, Qərb Universitetinin “Menecer” litseyində müəllim, sonra direktor (1992- 1995-ci illər), “Savalan” (1995-1996-cı illər), “Şəhriyar” (1996- 1997-ci illər) qəzetlərində ədəbiyyat şöbəsinin müdiri, “Respublika” qəzetinin əməkdaşı (1998-1999-cu illər), “Təzə həyat” qəzetinin redaktoru (1999- 2001-ci illər), Bakı şəhəri Yasamal rayon 21 saylı tam orta məktəbdə  fəaliyyət göstərən gecə məktəbində tarix müəllimi, Xətai rayonundakı 147 saylı texniki humanitar litseydə tarix- ictimaiyyat müəllimi (2001- 2003-ci illər), Kooperasiya Universitetində müəllim (2003-2005-ci illər), Lənkəran Dövlət Universitetində müəllim (2003- 2008-ci illər) işləmişdir. Hazırda o, Bakı Qızlar Universitetində  (2003-cü ildən bu günə qədər) və Azərbaycan Dövlət Pedaqoji Universitetində  (2008-ci ildən bu günə qədər)  dosent kimi pedaqoji fəaliyyət göstərməkdədir.

Əzizağa Ələkbərov Ali Attestasiya Komissiyası tərəfindən 4 aprel 2018-ci ildə dosent elmi adını almışdır.

Tarix İnstitutunun Müdafiə Şurası yanında yaradılmış Elmi Seminarın 2007-ci ildən bugünə qədər üzvüdür. Fəlsəfə doktorluğu üzrə müdafiə edilmiş 5 dissertasiyanın rəsmi opponenti olmuşdur. 80-dan çox elmi məqaləsi müxtəlif elmi jurnallrda (o cümlədən, Daşkənd, Səmərqənd, Çimkənd, Moskva, Ufa, Alma-Ata, Ankara, Minsk, Kiyev, Nazran, Maxaçqala və s. şəhərlərin elmi jurnallarında) çap olunmuş və  30 ilə yaxın pedaqoji fəaliyyəti dövründə magistr və bakalavrlar üçün  hazırladığı 15 tədris proqramı  nəşr edilmişdir.

Əzizağa Ələkbərov Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarının akkreditasiyasının keçirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 noyabr 2010-cu il tarixli əmri ilə yaradılmış komissiyanın üzvü və yenə həmin nazirliyin 15 iyul 2011-ci il tarixli əmri ilə təşkil edilmiş Təhsil Sektorunun İnkişafına dair İkinci Layihə Çərçivəsində “ Təhsilin idarə olunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi nəticələrindən istifadə” komponenti üzrə, Ümumtəhsil məktəbləri üçün “ Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinə dair işçi qrupunun üzvü olmuşdur.

O, elmi–tədqiqat və pedaqoji fəaliyyətlə bərabər, həm də Əzizağa Elsevər imzası ilə ardıcıl bədii-publisistik fəaliyyətlə də məşğul olur. Onun 70-dən çox hekayəsi, 300-dən çox bədii-publisistik yazıları müxtəlif qəzet və jurnallarda, almanaxlarda çap edilmişdir. Povest və hekayələrdən ibarət 3 kitabın - “ İki kölgə” (1989), “ Əbədiyyət yolçusu” (2003), “ Anam üçün darıxmışam” (2005) müəllifidir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.

2018-ci il sentyabrın 4-dən Türkiyə Cümhuriyyətində nəşr olunan "Akademik mətbuat" Sosial araşdırmalar dərgisinin redaksiya heyətinin üzvüdür. 

Əsərləri özbək, qazax, başqırd, rus, fars və talış dillərinə tərcümə edilmişdir.

“Şəhriyar” qəzeti xətti ilə 1997-ci il fevralın 23-dən martın 3-dək İran İslam Respublikasında Tehran-Məşhəd-Qum ziyarətində olmuşdur.

Çap olunmuş elmi əsərlərinin siyahısı:

  1. Böyük dostluq (Azərbaycan - Monqolustan əlaqələri)// Taxılçı. 1976. 24 iyun.
  2. Səməd Vurğun və uşaq ədəbiyyatı// Taxılçı. 1976. 24 iyul.
  3. Tarix dərsi və əsrin nəhəng tikintisi// Taxılçı. 1978. 11 aprel.
  4. Tarix dərslərində BAM haqqında söhbətlər // Azərbaycan müəllimi. 1978. 21 iyul.
  5. Dostluq görüşü (Özbəkistanda Azərbaycan SSR ədəbiyyat və incəsənət günləri)// Yeni gün. 1980. 10 iyun.
  6. IV beşillikdə Azərbaycan SSR-də avtomobil nəqliyyatının inkişafı (1946-1950-ci illər)// Azərbaycan SSR EA Tarix İnstitutu elmi konfransının materialları. Bakı: Elm, 1989, s.120-122
  7. Beşinci beşillikdə Azərbaycan SSR-də avtomobil nəqliyyatının inkişafı tarixindən (50-ci illər)// Azərbaycan EA Tarix İnstitutu elmi konfransının əsərləri. Bakı: Elm, 1991, s.196-198
  8. Kənd təsərrüfatının inkişafında Azərbaycan SSR avtomobil nəqliyyatı işçilərinin köməyi (1951-1955-ci illər)// Azərbaycan tarixi problemləri üzrə gənc tədqiqatçıların birinci respublika elmi konfransının məruzələri.1 hissə, Bakı, 1991, s.178-180
  9. Azərbaycan Respublikasında abtomobil nəqliyyatı üzrə kadrların hazırlanması (1946-1960-cı illər)// Azərbaycan tarixinin problemləri/ Azərbaycan EA Tarix İnstitutu elmi konfransının məruzələri. Bakı: Elm,1992, s.191-194
  10.  Azərbaycan SSR abtomobil nəqliyyatının inkişafında fəhlələrin texniki yaradıcılığının rolu (1946-1960-cı illər)// Azərbaycan tarixi problemləri üzrə məruzələr məcmuəsi. Bakı, 1992, s. 251-253
  11.  Azərbaycan avtomobil nəqliyyatı işçilərinin mədəni həyat səviyyəsinin yüksəldilməsi (1946-1960-cı illər)// Azərbaycan Tarix Qurumu və Azərbaycan EA Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin 81-ci ildönümünə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı: Elm, 2000, s.65-71
  12.  Azərbaycan avtomobil nəqliyyatı işçilərinin sağlamlığının mühafizəsində bədən tərbiyəsi və idmanın rolu (1946-1960-cı illər)// Azərbaycan Tarix Qurumu və Azərbaycan EA Tarix İnsitutu Azərbaycan Xalq Cümhuriyyətinin 82-ci ildönümünə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı: Elm, 2000, s.19-21
  13.  Azərbaycan- Özbəkistan mədəni əlaqələrinin inkişafında teatrın rolu (70-ci illər)// Azərbaycan Tarix Qurumu və Azərbaycan EA Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin 83-cü ildönümünə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı: Elm, 2001, s.114-118
  14.  Azərbaycan Respublikasının Özbəkistan Respublikası ilə mədəni əlaqələrinin inkişafında kinonun rolu (70-ci illər)// Azərbaycan Tarix Qurumu və Azərbaycan EA Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin 84-cü ildönümünə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı: Ağrıdağ, 2002, s.125-128. 
  15.  Azərbaycan Respublikasının Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə mədəni əlaqələrinin inkişafında kinonun rolu (XX əsrin 70-ci illəri)// Azərbaycan Tarix Qurumu və Azərbaycan MEA  Tarix İnstitutunun elmi əsərləri. Bakı: Elm,2003, s. 105-112.
  16.  Nəqliyyat və rabitə, I fəsil // Azərbaycan tarixi, VII cild. Bakı: Elm, 2003, s.26-31.
  17.  Sovet  qoşunlarının İrana girməsi və Cənubi Azərbaycanda baş verən hadisələr, III fəsil // Azərbaycan tarixi, VII cild. Bakı: Elm, 2003, s. 90-100.
  18.  Xronoloji cədvəl // Azərbaycan tarixi, VII cild. Bakı: Elm, 2003, s. 601-629.
  19.  Biblioqrafiya // Azərbaycan tarixi, VII cild. Bakı: Elm, 2003, s. 493-536.
  20.  Azərbaycan – özbək mədəni əlaqələrinin inkişafında xalq şairi Xəlil Rza Ulutürkün rolu // Milli mədəni irsimiz ən qiymətli sərvətimizdir elmi-praktik konfransının materialları / Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi, Bakı, 2004, s.148-150.
  21.  Dostluq carçısı (Xəlil Rza Ulutürk haqqında) // BAPQS. Elmi xəbərlər. 2004, № 4, s.184-190.
  22.  Azərbaycan – özbək mədəni əlaqələrinin inkişafında kinonun rolu (XX əsrin 60-cı illəri) //Azərbaycan Tarix Qurumu və AMEA Tarix İnstitutunun Elmi əsərləri. Bakı: Elm, 2006, s. 97-104
  23.  Azərbaycan – özbək mədəni əlaqələri tarixindən (XX əsrin 60-cı illəri)//  Elmi axtarışlar/AMEA Folklor İnstitutu, 2006, № 21, s.113-118.
  24.  Azərbaycan – özbək mədəni əlaqələrin inkişafında xalq şairi Xəlil Rza Ulutürkün rolu//  Elmi axtarışlar/ AMEA Folklor İnstitutu.  -  2006, № 22, s.193-196.
  25.  Azərbaycan – özbək mədəni əlaqələrin inkişafında teatrın rolu (70-ci illər)/  Sosial-siyasi problemlər/AMEA Fəlsəfə və Siyasi- Hüquqi Tədqiqatlar İnstitutu // Sosial -siyasi problemlər.  2007, № 3(16), s. 219-223.
  26.  Azərbaycan – türkmən mədəni əlaqələrin inkişafında kinonun rolu (XX əsrin 60-cı illəri) // ADPU Xəbərləri. HE ser, 2007, №4, s.74-79.
  27.  Milli təsviri incəsənət və Azərbaycan – Qazaxıstan mədəni əlaqələri // BQU Elmi xəbərləri. 2008, № 1, s. 82-86.
  28.  Azərbaycan – türkmən musiqi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) // BQU Elmi xəbərləri. 2008, № 2, s.116-121.
  29.  Azərbaycan – Qırğızıstan kino əlaqələri tarixindən (XX əsrin 60-cı illəri). // BQU Elmi xəbərləri. 2008, № 3, s.118-124.
  30.  Sovet qoşunlarının İrana daxil olması. Cənubi Azərbaycanda baş verən hadisələr //Azərbaycan 1941-1945-ci illər müharibəsində (məqalələr toplusu).  Bakı: Elm, 2008, s.75-90.
  31. 1941-1945-ci illərdə Azərbaycan SSR-də nəqliyyat və rabitə. Azərbaycan 1941-1945-ci illər müharibəsində (məqalələr toplusu). Bakı: Elm, 2008, s.91-101.
  32.  Azərbaycan – Qazaxıstan mədəni əlaqələrinin inkişafında təsviri-incəsənətin rolu (XX əsrin 60-cı illəri) // ADPU Xəbərləri . HE ser./ 2008, № 1, s.94-98
  33. Əzirbayжаn – Kazakstan mədeni başlanıstarının  damuındağı kinonun roli (XX ğasırdın 60-жıldarı) // Актуальные проблемы исторических дисциплин в системе образования Казахстана: Материалы международной научно практической конференции, посвященный 70-летию Чимкентского Института. Чимкент, 2008, s.199-202 /Qazax dilində/
  34.  Azərbaycan – Türkmənistan elmi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) // ADPU Xəbərləri . HE ser. 2008, № 4, s. 92-102.
  35.  Azərbaycan – Qazaxıstan mədəni əlaqələrinin inkişafında kinonun rolu (XX əsrin 60-cı illəri) // BDU Xəbərləri HE ser., 2008, № 3, s. 142-146.
  36.  Azərbaycan – Qazaxıstan mədəni əlaqələrinin inkişafında Oljas Süleymenovun rolu  // Dirçəliş – XXI əsr . 2008. № 128-129, s. 380-395.
  37.  Azərbaycan – Türkmənistan elmi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri)  //AMEA Xəbərləri. TFH, 2008, № 9, s.132-144.
  38.  Azərbaycan – türkmən musiqi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) // ADPU Xəbərləri . HE ser. 2009, № 6, s. 72-77
  39.  Milli təsviri-incəsənətdə müasirlik ruhu və Azərbaycan – Türkmənistan mədəni əlaqələri (XX əsrin 60-cı illəri)// BQU Elmi əsərləri, 2009, № 2, s.77-83.
  40.  Ozar va uzbek madaniy alokalarida teatrninq rolu  //Teatr ( Tошkeнт). – 2010, № 3, s.34-35. /Özbək dilində/
  41.  Azərbaycan – Tacikistan elmi əlaqələri tarixindən (XX əsrin 80-cı illəri) // AMEA Məruzələri.  2010, № 6, s. 114-122.
  42.  Azərbaycan tarixinin mənbəşünaslığı  fənninin proqramı //  BQU-nun Tarix kafedrasının proqaramları. Bakı: BQU-nun nəşriyyatı,  2010. s. 24-49. - /müştərək/
  43.  Azərbaycan tarixinin tarixşünaslığı fənninin proqramı // BQU-nun Tarix kafedrasının proqaramları.  Bakı:  BQU-nun nəşriyyatı , 2010. s. 50-78. - /müştərək/
  44.  Türk xalqlarının tarixi fənninin proqramı //  BQU-nun Tarix kafedrasının proqaramları.  Bakı: BQU-nun nəşriyyatı, 2010. s. 79-100. -/müştərək/
  45.  Orta əsrlər tarixi fənninin proqramı // BQU-nun Tarix kafedrasının proqaramları.  Bakı:  BQU-nun nəşriyyatı , 2010. -s. 1-37. -/müştərək/
  46.  Vatan sevgisi bılan parvozlangan inson. // “Şaxs bayninq jamiyatda tutqan urni” mavzusidaqi professor Saxovat Qalamirza uğli Odjiev tavalludininq 6- yilliqiqa bağişlanqan ilmiy-amaliy anjumani materialları. Samarqand, Samdu naşri, 2011. s. 8-10 .  /Özbək dilində/
  47.  Daşkənd zəlzələsi: Azərbaycanın qardaşlıq köməyi  //Azərbaycan Respublikası: uğurlar və perspektivlər. 16 noyabr 2011-ci il Beynəlxalq elmi konfransının materialları.  Bakı: 2012.  s.103-110.
  48.  Азербайжан мен Юзбекистан мəдениеттерı арасындаьы карым-катынастардын дамуында театрдын манызы (70-ши жылдар) // Южно-Казахыстанский Государственный Педагогический Институт. Научно-теоретический и прикладной журнал широкого профиля «Аспирант, докторант, гуманитарно-социальные исследования» (Москва, Россия). Материалы международной научно-практической интернет-конференции «Проблемы внедрения инновационных технологий в учебно-воспитательной процессе для подготовки педагогов новой формации». II том. Шымкент-Москва, 2012. с. 334-337.
  49.  Azerbaycan ile Özbekistan kültürleri arasındakı ilişkilerin çelişiminde tiyatronun önemi (70’li yıllar)// Министерство Образования и Науки Российской Федерации ФГБОУ ВПО «Башкирский Государственный Университет». Реализация Федеральных Государственных Образовательных Стандартов нового поколения: Проблемы, Опыт, Перспективы. Материалы Международной очно-заочной научно-практической конференции. г.Уфа, 18 мая 2012 г. Уфа: 2012. с. 20-22./Başqırd dilində/
  50.  Qazaxıstan: neft sənayesi və Azərbaycan // “Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları”. /Akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları (27-28 iyun 2013-cü il). Bakı : 2013. s. 607-610.
  51.  Qazaxıstanın neft sənayesinin inkişafında Azərbaycanın rolu // ADPU Xəbərləri.   Bakı:  2013. №3. s. 97-101.
  52.  Qazaxıstan və Mərkəzi Asiya respublikalarında neft sənayesinin təşəkkülü və inkişafında Azərbaycanın  rolu // Dirçəliş-XXI əsr. 2013. - №180. s. 378-392.
  53.  Qazaxıstanın neft sənayesi və Azərbaycan // Международный Казахско-Турецкий Университет имени Х.А.Яасави, Факультет инженерии и информационных технологий кафедра технологии профессионального обучения и научно-теоретический и прикладной журнал широкого профиля «Аспирант, докторант, гуманитарно-социальные исследования». Материалы IIтрадиционной Международной научно-практической интернет- конференции «Актуальные проблемы профессионального обучения в условиях новой формации» II  том. Туркестан- Москва: 2014. с. 18-23.
  54.  Из истории братской связи Азербайджана с Узбекистаном // Национальный педагогичний универиситет имени М.П.Драгомонова Украинская Академия Наук «Гiлея» Науковий вiсник. Кiив: 2014. випуск 84 (№ 5). с. 212- 218.
  55.  Azərbaycan tələbələrinin Qazaxıstanın xam torpaqlarının istifadəyə verilməsində iştirakı tarixindən (XX əsrin 50-60-cı illəri) // ADPU Xəbərləri, HE ser.  2014. № 3. s. 104-110.
  56.  Sovet hakimiyyəti illərində Azərbaycan- Özbəkistan mədəni əlaqələrində görkəmli şərqşünas S.R. Əlizadənin rolu// AMEA Tarix İnstirunun Elmi əsərləri, 34-35-ci cild. Bakı: 2010. s. 187- 195.
  57.  Müasirlik ruhu və Azərbaycan- Qırğızıstan kino əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) // Gəncə Dövlət Universitetinin Elmi Xəbərləri, FHT ser. - Gəncə: 2014. № 3. s. 185-190.
  58.  Azərbaycan- qırğız musiqi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri)// ADPU Xəbərləri . HE ser. 2015. № 1. s. 137-141.
  59.  Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı fənni üzrə  proqram //  BQU-nun Tarix kafedrasının proqramları. –Bakı: BQU-nun nəşriyyatı, 2015. s. 24-78.-/müştərək/
  60.  Türk xalqlarının tarixi fənninin proqramı // BQU-nun Tarix kafedrasının  proqramları. Bakı: BQU-nun nəşriyyatı, 2015. s. 79-100.- /müştərək/
  61.  Qafqaz xalqlarının tarixi fənninin proqramı // BQU-nun Tarix kafedrasının  proqramları. Bakı: BQU-nun nəşriyyatı, 2015. s. 101-121. -/müştərək/
  62.  Azərbaycan tarixşünaslığında Mərkəzi Asiya problemləri // “Tarix, insan və cəmiyyət” (elmi-nəzəri və elmi-metodiki jurnal). Bakı, 2015. № 2 (13).s. 24-36.
  63.  Azərbaycanın Kazakistan və Orta Asya Cümuriyyetleri ilə ilişkilerinin gelişmesinde kinonun rölü ( XX asrin 60” li yilları) // «Yeni Türkiyə” dərgisi, VI cild. Ankara, 2015. № 76. s. 580- 593.
  64.  Azərbaycan-Qırğızıstan elmi əlaqələri tarixindən   (XX əsrin 60-cı illəri) // Azərbaycan arxeologiyası və etnoqrafiyası. 2015. № 1. s. 201 – 207.
  65.  Türk xalqlarının sovet dövrü tarixi fənninin proqramı.  BQU-nun Tarix kafedrasının proqramları. Bakı: BQU-nun nəşriyyatı, 2016.  -s. 106-118.
  66.  Azərbaycanın beynəlxalq əlaqələri fənni üzrə proqram.   BQU-nun Tarix kafedrasının  proqramları. Bakı: BQU –nun nəşriyyatı, 2016. - s. 89-105.-/müştərək/
  67.  Orta əsrlər tarixi fənninin  proqramı //  BQU-nun Tarix kafedrasının  proqramları. Bakı: BQU-nun nəşriyyatı, 2016. s. 67- 96.-/müştərək/
  68.  Müstəqillik dövründə Azərbaycan-Qazaxıstan mədəni əlaqələri // Müstəqillik illərində Azərbaycanın sosial- iqtisadi, siyasi və mədəni inkişafı./Sumqayıt Dövlət Universitetində 13-14 oktyabr 2016-cı ildə keçirilən Respublika Elmi Konfransının materialları. Sumqayıt, 2016. - s. 242-245
  69.  Müasir dövrdə Azərbaycanın türkdilli ölkələrlə əlaqələri tarixi fənni üzrə magistr proqramı. BQU-nun Tarix kafedrasının proqramları.  Bakı: BQU-nun nəşriyyatı, 2016. s.47-56.
  70.  Azərbaycan-Özbəkistan elmi əlaqələri tarixindən (XX əsrin 50-ci illəri) // Tarix, İnsan və Cəmiyyət (elmi-nəzəri və elmi-metodik jurnal). 2017. № 1 (16) s. 70-78.
  71.  История Центральной Азии в историографии и источниках Азербайджана // “Историография и источники в Центральной Азии: новое о прошлом, настоящем и будущем”. Almata. - 2017.-№  6. s. 79-88.
  72.  Нефтяная промышленность Казахстана и Азербайджан // Материалы Международной научной конференции “Кавказоведение: история и совроменность”, посвященной 80-летию И.А.Дахкильгова. Министерство образования и науки Российской Федерации ФГБОУ ВПО “Ингушской Государственный Университет” Назрань:  Марас, 2017.  с. 118- 130.
  73.  Роль Азербайджана в становлении и развитии нефтяной промышленности Казахыстана // Вопросы истории. Москва: 2018. - № 2.  с. 140-146.
  74.  Роль Азербайджана в становлении и развитии нефтяной промышленности Туркменистана // Национальный педагогичний университет имени М.П.Драгомонова Украинская Академия Наук «Гiлея» Науковий висник. Кiив: 2018. выпуск 130 (№ 3). с. 157- 162.
  75.  Роль Азербайджана в становлении и развитии нефтяной промышленности Туркменистана // Пятые Всероссийские ( с международном участием) историко-этнографическое чтения, посвященные памяти профессора Магомедова Расула Магомедовича. Сборник статей. Махачкала: 2018. с. 79-93.
  76.  Роль Азербайджана в становлении и развитии нефтяной промышленности Казахстана // Гıсторыя i грамадазнайства. Mинск: 2018. - № 6 (84). c.58-64.
  77.  Azərbaycan-Özbəkistan elmi əlaqələri tarixindən (XX əsrin 70-ci illər) // AMEA-nın  Xəbərləri ( ictimai elmlər seriyası) . 2018. №4. s. 31- 41.
  78. Azərbaycan-Tacikistan ədəbi-mədəni əlaqələri tarixindən (XX əsrin 70-ci illəri) // “Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları. 04-05 dekabr 2018-ci il. Sumqayıt Dövlət Universiteti. SDU: 2018, s 53-55.
Paylaş: