AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

SULTANOVA LAMİYƏ HACI MƏMMƏD QIZI

SULTANOVA LAMİYƏ HACI MƏMMƏD QIZI

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin kiçik elmi işçisi.

Sultanova Lamiyə Hacı Məmməd qızı 17 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub.

1994-2005-ci illərdə Suraxanı rayonu 278 saylı orta məktəbdə təhsil almışdır.

2005-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakultəsində bakalavr  təhsilini başa vurmuşdur. 2013-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Türk dünyası tarixi” ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2016-cı ildə "XIX əsrin birinci yarısında Şimali Qafqazda siyasi-iqtisadi vəziyyət" adlı dissertasiya işini müdafiə edərək magistr dərəcəsi almışdır.

2007-2009-cu illərdə Suraxanı rayonu 290 saylı orta məktəbdə katibə, 2011-2014-cü illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kompleks Tədqiqatlar Mərkəzində operator vəzifələrində çalışmışdır. 2017-ci ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda “Vətən tarixi” istiqaməti üzrə dissertanturaya qəbul olunmuşdur. Həmin ildən “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsində kiçik elmi işçi vəzifəsində işləyir.

Hal-hazırda “Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ” mövzusu üzərində tədqiqat işini davam etdirir.

Paylaş: