AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ƏHMƏDOV BƏXTİYAR ŞAHVƏLƏD OĞLU

ƏHMƏDOV BƏXTİYAR ŞAHVƏLƏD OĞLU

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın tarixi demoqrafiyası” şöbəsinin böyük elmi işçisi.

Bəxtiyar Şahvələd oğlu Əhmədov 6 may 1970-ci ildə Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunun Sarıyaqub kəndində anadan olub. 1987-ci ildə Sarıyaqub kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1988-1990-cı illərdə keçmiş Sovet ordusunun daxili qoşun hissəsində xidmət edib.

1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Tarixçi-tarix müəllimi” ixtisası üzrə bitirib. 1996-1998-ci illərdə Şəmkir rayonu Aşağı Çaykənd orta məktəbində müəllim, 1998-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda elmi işçi, 2003-cü ildən etibarən AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunda kiçik elmi işçi, elmi işçi, hazırda isə “Azərbaycanın tarixi demoqrafiyası” şöbəsində böyük elmi işçi vəzifəsində çalışır. 2004-cü ildən həmin A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantıdır. 2017-ci il 13 aprel tarixində tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımları” adlı dissertasiyasını müdafiə edib.

Təhsil aldığı müddətdə 1992-ci ildə torpaqlarımızın bütövlüyü uğrunda könüllü döyüşüb, Ağdərənin alınması uğrunda gedən döyüşlərdə ağır yaralanmış, II qrup Qarabağ müharibəsi əlilidir.

A.A. Bakıxanov adına Tarix İnstitutunda “Birləşmiş Veteranlar Şurası”nın sədridir.

Ailəlidir. Iki ovladı var.

Əsərləri.

Azərbaycan dilində:

  1. XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar: tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya: 5503.02/ A.A. Bakıxanov adına Tarix İnstitutu. Bakı: 2018.
  2. XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar:  tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı: 5503.02/ A.A. Bakıxanov adına Tarix İnstitutu. Bakı:2018.
  3. Göyçə və Dərəçiçək mahallarında əhalinin say dinamikası haqqında (1828-1916-cı illər) // Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Elmi Əsərləri”. 24-cü cild, Bakı: 2008, s.85-89.
  4. XX əsrdə Şimali Azərbaycanın Göyçə mahalında yaşayan azərbaycanlıların deportasiyası və soyqırımı tarixinin tarixşünaslığı  // Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Elmi Əsərləri”. 39-cu cild, Bakı: 2011, s.l 17-123.
  5. Əsrin əvvəllərində azərbaycanlıların deportasiyası və soyqırımı // Dirçəliş. XX əsr. Bakı: 2007, №116-117, s. 120-124.
  6. XX əsrin əvvəllərində Göyçə mahalının tarixi coğrafiyası və inzibati-ərazi bölgüsü // Geostrategiya. Bakı: 2016, №06 (36), s.36-40.
  7. Birinci Dünya müharibəsi dövründə Göyçə mahalında ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti // Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Elmi Əsərləri”. 48, 49, 50-ci cild, Bakı: 2014 “Birinci Dünya Müharibəsi və Azərbaycan” mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransın materialları, s.412-417.
  8. Göyçə mahalında yaşayan azərbaycanlıların diskriminasiyası və 1988-1989-cu illər deportasiyası // Geostrategiya. Bakı: 2017, № 2 (38), mart-aprel, s.55-58.

İngilis dilində:

  1. About Number Dynamics of Goycha and Darachichak Districts Population (1828- 1916)  // Azerbaijan & Azerbaijanias. The Presidium of Azerbaijan National Academy of Sciences. Baku: 2004, №5-12, рр. 102-104.

Rus dilində:

1. Заселение армянами округов Гейче и Деречичек после их захвата царской Россией (1828-1829 годы) // Азербайджан и азербайджанцы. Президиум Национальной Академии Наук Азербайджана. Баку: №5-12, с. 128-132.

2. Депортация Азербайджанцев из Гейчинского магала в 1948-1953 гг.// Кавказский международный центр исследования геоистории и геополитики. Кавказ и Мир. № 22, Тбилиси(2017), с. 90-96.

3. Усиление политики дискриминации азербайджанцев Гокчинской области Армянской ССР во второй половине XX века// Гилея. Науковий висник. Киев. Университет им. Драгоманова. 2018, №131 (4), с. 132-134.

Paylaş: