AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

XANBABAYEVA MEHRİ HACI QIZI

XANBABAYEVA MEHRİ HACI QIZI

Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, "Nəşriyyat və tərcümə işləri" şöbəsinin müdiri.

Xanbabayeva Mehri Hacı qızı 2 mart 1972-ci ildə anadan olmuşdur. 1978-1988-ci illərdə Naxçıvan MR Ordubad şəhərində orta təhsilini almışdır. 1988-1993-cü illərdə Bakı Dövlət Universitetini bitirmişdir. 1993-cu ildən AMEA Geologiya və Geofizika İnstitutunda, 2009-cu ildən isə Tarix İnstitutunun “Nəşriyyat və tərcümə işləri" şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. M.H.Xanbabayeva 2000-2009-cu illərdə elmi fəaliyyəti ilə yanaşı "Çaşıoğlu" nəşriyyatında texniki redaktor və direktor müavini vəzifələrində çalışmışdır.2021-ci il fevralın 19-U tarixinə kimi Tarix İnstitutunun “Nəşriyyat və tərcümə işləri" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

22 elmi əsərin, o cümlədən 2 monoqrafiya və 1 metodik vəsaitin müəllifi, ümumilikdə 500-dən çox elmi kitabın texniki redaktorudur.

21 sentyabr 2010-cu il tarixində namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, 16 may 2011-ci ildə isə riyaziyyat üzrə fəlsəfə doktoru adını almış, 8 fevral 2017-ci ildən isə dosentdir.

2009-cu ildən başlayaraq Tarix İnstitutunun təşkil etdiyi elmi qruplara daxil olaraq İstanbul və Ankara şəhərinin müxtəlif arxivlərindən Azərbaycan tarixi ilə bağlı qiymətli sənədlərin Tarix İnstitutuna gətirilməsində fəal iştirak etmişdir. Dünyanın müxtəlif ölkələrindən Tarix İnstitutuna gətirilmiş qiymətli sənədlərin təmizlənməsi, işlənməsi və kitab şəklində dərc olunaraq yayılması istiqamətində fəaliyyət göstərir. Tarix İnstitutunda çap olunan hər bir elmi əsərin texniki redaktorudur.

Dövlət mükafatına layiq gorülmüş "İrəvan xanlığı" kitabının Rus dili, İngilis dili, İtalyan dili, Ərəb dili, Alman dili, Fars dillərinə tərcümə olunaraq çap olunması ilə bağlı layihədə iştirak etmiş, onların texniki redaktorudur.

2014-cü ildən fəaliyyət göstərən "Azərbaycan Tarixçiləri" İctimai Birliyinin sədridir.

Tədqiqat işi:

  1. Müxtəlif gərginlik vəziyyətlərində deformasiyaya uğrayan məsaməli mühitlərdə flüidlərin süzülmə proseslərinin modelləşdirilməsi: riyaziyyat üzrə fəls. d-ru e. dər. al. üçün təq. ed. dis-nın avtoreferatı: 2003.01 / Azərb. Resp. Təhsil Nazirliyi, BDU. Bakı:  2010. - 24 s.
  2. Müxtəlif gərginlik vəziyyətlərində deformasiyaya uğrayan məsaməli mühitlərdə flüidlərin süzülmə proseslərinin modelləşdirilməsi: riyaziyyat üzrə fəls. d-ru e. dər. al. üçün təq. ed. dis.: 2003.01 / Azərb. Resp. Təhsil Nazirliyi, BDU. Bakı:  2010. -117 s.

Kitablar:

  1. Mоделирование процессов филь­трации флюидов в напряженно-деформированных пористых средах /Г.И.Джалалов, М.А.Дунямалыев. – Bakı: Çaşıoğlu, 2012. - 208 s.
  2. "Çapaqədərki proseslər və avadan­lıqlar" fənnindən kurs layihəsinin yerinə yetirilməsi uçün metodik vəsait /E.A.Əliyev, İ.Ə.Xəlilov, S.Ə.Bağırova, F.H.Hacıyeva. – Bakı: Turxan NPB,  2015. - 80 s.
  3. Гидрогазодинамика про­цессов фильтрации флюидов в напряженно-деформированных плас­тах /Г.И.Джалалов, М.А.Дунямалыев. - Almaniya, Saarbrücken, Palmarium Academic Publishing, 2016. - 328 s.

Məqalələr:

  1. Динамика развития дилатансионно-пластической зоны вокруг эксплуатационной скважины и процесса пескопроявления /Т.К.Рама­занов //Тезисы международной конференции по математике и механике, посвященной 50-летию со дня рождения чл. корр. НАНА, профессора И.Т.Мамедова. – Баку: 2005. - c.166.
  2. Динамика дилатан­сионно-пласти­ческой зоны вокруг действующей скважины и интенсив­ность твердой  породы /Т.К.Рамаза­нов, М.Х.Гюльма­медов //АМЕА  Хəbərləri,  Yer  elmləri ser. - 2006.- № 2.- c.55-64.
  3. Расчеты дилатансионно-пластичес­кого разрушения вокруг действую­щей скважины //АМЕА Хəbərləri, Fizika-texnika və riyaziyyat elmləri ser. Riyaziyyat və mexanika buraxılışı.  – 2006. - № 7.- c.139-144.
  4. Дилатансионно-пластические расчеты разрушений в призабойной зоне действующей скважины //Тезисы XII международной конференции по математике и ме­ханике, посвященной 70-летнему юбилею  чл.-корр. НАНА, профес­сора Б.А.Искендерова. – Баку: 2006.- c.167.
  5. Эксплуатация газовой скважины в условиях неустойчи­вости призабой­ной зоны //Тезисы научной конференции, посвященной 100-летию заслу­женного деятеля науки, академика А.И.Гусейнова. – Баку: БГУ, 2007. - c.149-150.
  6. Эксплуатация газо­вой скважины в условиях неустойчивости призабой­ной зоны /Т.К.Рамазанов, М.Х.Гюльма­медов //Вестник Бакинского Университета. -  2008.- № 2.- c.102-108.
  7. Определение гидрогазодина­мических параметров и размеров дилатансионно-пластической зоны пласта вокруг действующей скважины /Т.К.Рамазанов // Физико-техни­ческие проб­лемы разработки полез­ных ископаемых. Научный журнал /Сибирское отделение РАН. – 2009.- январь-февраль, № 1. - c.30-40.
  8. Установившееся движение идеального газа в зонально-однородном дилатансионно-пластическом и упругом кру­го­вом пласте /Т.К.Рамазанов //Вестник Бакинского Университета.  – 2009. - № 3. - c.85-92.
  9. Приток жидкости к несовершенной скважине в однородном пласте с ползучей средой /Г.И.Джалалов, М.А.Дунямалыев //Azərbaycan Texniki Universiteti, Elmi əsərlər - Fundamental əsərlər. – 2010. - Сild IX (34), № 2.- s. 67-72.
  10. Mayenin qərarlaşmış süzülməsi prosesində neft layında temperatur sahəsinin riyazi modelləşdirilməsi /M.S.Aslanov //Azərbaycan Texniki Universiteti, Elmi əsərlər - Fundamental əsərlər. – 2013. - cild II, № 2. -  s.243-246.
  11. Высокоточный алго­ритм решения многомерной задачи синтеза систем стабилизации при внешних возмущениях /Н.И.Велиева, Л.Ф.Агамалыева // Baku State University, Proceedings of the Institute of Applied Mathematics, 2014. - v. 3, № 1. - s.98-104.
  12. Модели­рование поля температуры в деформируемом пласте при нелинейно-упругом режиме фильтрации нефти /Г.И. Джалалов, Е.В.Горшкова, З.Б.Кулиева //АМЕА Хəbərləri, Yer elmləri ser.  – 2015. - № 1-2. - s.53-58.
  13. Улучшение работы газового се­ператора трубного типа с высокой разрешающей способ­ностью /Ш.И.Мустафаев, К.Г.Гасымова //Baku State University, Proceedings of the Institute of Applied Mathematics, 2015. - v. 4, № 2. - s. 175-182.
  14. Нестационарная филь­трация жидкости в системе несовершенных скважин в неодно­родных анизотропных пластах с учетом ползучести среды /Г.И.Джалалов, М.А.Дунямалыев // Neft və qaz yataqlarının işlənmə­si­nin fun­damental və tətbiqi prob­lem­ləri. Aka­demik M.T.Abasovun ana­dan ol­masının 90 illiyinə həsr olun­muş elmi sessiyanın maretialları. – Bakı: 2016. - s.187-199.
  15. Определение коэффициента гидрав­лического сопротивления в газлифт­ном процессе, описывае­мом гиперболическим уравнением с частными производными /Н.А.Алиев, Г.С.Алиева, Р.М.Тагиев, А.С.Фарадже //Baku State University, Proceedings of the Institute of Applied Mathematics, 2017. - v. 6, № 2. - s.186-201.
  16. Новый алгоритм прогонки решения линейной квадратичной задачи оптимизации с неразделенными двухточечными краевыми условиями /Ф.А.Алиев, Н.А.Алиев, И.А.Магеррамов //Baku State University, Proceedings of the Institute of Applied Mathematics, 2018. - v. 7, № 2. - s.127-133.
  17. Обобщенный алгоритм анализа схем механизмов перемещения ножа одноножевых резальных машин /А.Т.Асланова // Проблемы современной науки и образования, 2019. -  № 11(144).
Paylaş: