AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Güllü Yoloğlunun kitabı nəşr edilib

22.04.2025 14:47

Bu günlərdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Güllü Yoloğlunun “Azərbaycan Qazaxıstan əlaqələri keçmişdə və indi” (“Азербайджано-казахстанские отношения в прошлом и настоящем”) kitabı (156 səhifə) işıq üzü görüb. “Şərq-Qərb” nəşriyyatında çap edilən kitabın elmi redaktoru A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev, rəyçilər siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu və tarix elmləri doktoru, dosent Fərhad Cabbarovdur.

Əsərdə “Bizim ailəmiz türk dünyasıdır” başlığı altında türk xalqlarının etnik, din, dil birliyi tarixindən, Türk Dövlətləri Təşkilatının yaranmasına gedən yoldan, İkinci Qarabağ-Vətən müharibəsində türk dövlətlərinin Azərbaycana mənəvi dəstəyindən, işğaldan azad olunmuş torpaqlarımızda gedən bərpa-quruculuq işlərinə türk dövlətlərinin verdiyi dəstəkdən bəhs olunur. Bu proseslərdə Qazaxıstanın və qazax xalqının roluna xüsusi diqqət yetirilir.

Kitabda ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilmələri, Hacı Zeynalabin Tağıyevin “Qazaqstan” qəzetinə maliyyə yardımı, Bakıda keçirilən I Türkoloji qurultayda qazax ziyalılarının iştirakı, milli mübarizə yollarında qazax və azərbaycanlı vətənpərvərlərin əlaqələri, 1930-cu illərin repressiyaları, Qərbi Azərbaycandan deportasiya edilənköçürülən əhalinin məşəqqətləri, Qazaxıstandakı repressiya düşərgələrindəki azərbaycanlılarla bağlı arxiv sənədləri, müstəqilliyə aparan yol, Azərbaycan-Qazaxıstan əlaqələrinin bu günü adlı başlıqlar öz əksini tapır. Əsərin yekununda 2024-cü ilin dekabr ayında baş vermiş təyyarə qəzası ilə bağlı hadisələr təhlil olunur.

 

______________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: