AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Minskdə beynəlxalq elmi-praktiki konfrans

24.04.2025 11:45

23 aprel 2025-ci il tarixində Belorus Respublikasının paytaxtı Minsk şəhərində Böyük Vətən Müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib. ΑΜΕΑ Α.Α.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycan Respublikasının tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova beynəlxalq elmi-praktiki konfransa onlayn şəkildə qoşulub. Nigar Axundova konfransda Azərbaycanın İkinci dünya müharibəsində qələbədə rolu haqqında video-çarx vasitəsi ilə çıxış edib.

Qeyd edək ki, konfransın təşkilatçıları Belorusun Mədəniyyət Nazirliyi, Belorusun Daxili İşlər Nazirliyi, Belorus Dövlət Böyük Vətən müharibəsi Tarixi muzeyidir. Bu tədbirdə müxtəlif ölkələrdən 41 alim iştirak edib. Konfransın materialları kollektiv topluda çap olunacaq.

______________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: