24.04.2025 15:39
Rusiya Federasiyasının Moskva şəhərində Böyük vVətən Müharibəsində və İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans öz işini davam etdirir.
Konfrans Rusiya Hərbi Tarix Cəmiyyətinin sədri, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Rostislavoviç Medinski və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin MDB Mİ-nin rektoru Anatoli Vasilyeviç Torkunovun açılış nitqləri ilə başlayıb.
Konfransda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “1941-1945-ci illər müharibəsinin demoqrafik problemləri” (Azərbaycan SSR-nin materialları əsasında) mövzusunda, institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev “Azərbaycanın İkinci dünya müharibəsində iştirakı tarixi haqqında ənənəvi konsepsiyalara yeni baxış və “ağ ləkələrin” silinməsi” mövzusunda məruzələrlə çıxış ediblər.
Bu gün isə Böyük Vətən Müharibəsində və İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın davamı olaraq qlobal düzəndə baş verən dəyişikliklər, dünya təhlükəsizlik sistemindəki böhranın səbəbləri və nəticələrinə həsr olunan “Yeni dünya nizamı: Çoxqütblü dünyanın formalaşması və Rusiyanın rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Beynəlxalq əlaqələr şöbəsi