25.06.2025 16:59
Hörmətli baş redaktor,
Publika.az saytında Tarix və Etnologiya institutunun əməkdaşı Günel Aslanlının “AMEA-da saxta sənəd ittihamı: “Rəhbərlik bu suallardan yayınır” adlı üçüncü yazısı verilmişdir. İnstitut tərəfindən onun əvvəlki iki yazısındakı bütün iddialara cavab verilmiş və tamamilə əsassız olduğu təqdim edilən sənədlər ilə təsdiq edilmişdir. İnstitut rəhbərliyinin onun irəli sürdüyü heç bir sualdan yayınmaq fikri yoxdur. İnstitut növbəti yazı ilə əlaqədar bildirir ki, öz əməkdaşı Günel Aslanlının hər hansı bir narahatçılıq keçirməsini rəva bilmir. Onun yazıları ilə əlaqədar müvafiq sənədlər artıq Ali Attestasiya Komissiyasına təqdim edilmişdir. Digər məsələlərə gəldikdə, onların daha ətraflı araşdırılması məqsədi ilə ədalət məhkəməsinə müraciət üçün hazırlıq görülür. Məhkəmə qərar çıxardıqdan sonra, mütləq ictimaiyyətin də diqqətinə çatdırılacaqdır.
Tarix və Etnologiya institutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
25 iyun 2025-ci il