AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunun əməkdaşı Şəmkir şəhərində ezamiyyətdə olub

11.08.2025 12:49

Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun rəhbərliyi altında hazırda Azərbaycanın bir sıra bölgələrində etnoqrafik tədqiqatlar aparılır. Bölgə tarixinin və etnologiyasının tədqiqinin ölkə tarixi və etnologiyası baxımından əhəmiyyəti yerlərdə etnoqrafik ekspedisiyalar zamanı bir daha üzə çıxır. 1-5 avqust tarixlərində Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Günel İsmayılova Şəmkir şəhər arxeoloji ekspedisiya ilə birgə Qədim Şəmkir Şəhəri DTMQ Narınqala ərazisində ezamiyyətdə olub.
Narınqala — Azərbaycanın qərbində, Şəmkir şəhərində yerləşən tarixi qaladır. Qala IX–X əsrlərdə inşa edilib və Şəmkirin qədim dövrlərdə mühüm bir şəhər-məskən olduğunu göstərən əsas arxeoloji abidələrdən biridir.

Narınqala əsasən müdafiə məqsədilə tikilmişdir və qala şəhərin mərkəzində yerləşərək, onu əhatə edən qalın divarlarla qoruyurdu. Qalanın adı “Narın” (incə, möhkəm) və “qala” sözlərinin birləşməsindən yaranmışdır. Bu, onun həm möhkəmliyinə, həm də strateji əhəmiyyətinə işarədir.

Hazırda Narınqala Şəmkirin tarixi keçmişini əks etdirən mühüm bir turistik və mədəni obyekt kimi tanınır. Arxeoloji qazıntılar nəticəsində burada müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri tapılmışdır.
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
☎️ +994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: