19.09.2025 10:14
Sürəyya Əli qızı Allahverdiyevanın 5509.01-Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları ixtisası üzrə tarix elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Məhəmməd Əmin Rəsulzadənin əsərləri Azərbaycanın milli istiqlal mübarizəsinin tarixini öyrənmək üçün mənbə kimi” və Fatma Məhərrəm qızı Qəniyevanın 5102.01-“Etnoqrafiya və etnologiya” ixtisası üzrə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qonaqpərvərlik azərbaycanlıların etnik identikliyinin komponenti kimi” mövzusunda təqdim edilmiş dissertasiya işlərinin müdafiəsi təşkil olunub.
Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçılar uğurla müdafiə etdi və təqdim etdikləri dissertasiya işləri Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir