AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Gəncə incəsənəti” respublika elmi konfransı keçirilib

22.09.2025 10:39

18 sentyabr 2025-ci il tarixində “Gəncə incəsənəti” respublika elmi konfransı keçirilib. Tədbirin açılış mərasimindən öncə iştirakçılar xalqımızın Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Plenar iclas və panellər şəklində davam edən konfransda 40-dan çox iştirakçı çıxış edib. Çıxışlar Gəncənin müasir musiqi mədəniyyəti, memarlığı, Üzeyir Hacıbəyov və Gəncə musiqi mədəniyyəti tarixi, dekorativ-tətbiqi sənət kimi mövzulara həsr edilib. Məruzələr ətrafında geniş müzakirələr olub.

Konfransın plenar iclasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Nigar Axundova “Gəncə mədəniyyəti tarixindən: heykəltəraşlıq və rəssamlıq” mövzusunda çıxış edib, məruzə maraqla qarşılanıb.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: