AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Qərbi Zəngəzurun” (Qarakilsə, Qafan, Gorus, Meğri) Ermənistan SSR-in tərkibinə verilməsi (30 noyabr 1920-15 iyun 1921-ci il və 1927-ci il) mövzusunda seminar keçirilib.

26.09.2025 14:42

26 Sentyabr 2025-ci il tarixində “Qərbi Azərbaycan tarixi” şöbəsində “Qərbi Zəngəzurun” (Qarakilsə, Qafan, Gorus, Meğri) Ermənistan SSR-in tərkibinə verilməsi (30 noyabr 1920-15 iyun 1921-ci il və 1927-ci il) mövzusunda seminar keçirilib. Seminarda Şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru,dosent Cəbi Bəhramov çıxış edərək qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin işğal edilməsindən sonra onun ərazilərinin bir hissəsinin (Qarabağ, Naxçıvan, Zəngəzur)  bolşeviklər tərəfindən Ermənistan SSR-ə verilməsi  ilə bağlı Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq ayrı-ayrı qərarlar qəbul edilmişdir. Son nəticə olaraq 1928-ci ilə qədər Qərbi Zəngəzurun hissə-hissə Ermənistan SSR-ə verilməsi prosesi başa çatdırılmış və 1929-cu ildə bu qərar yerinə yetirilmişdir.
Daha sonra şöbə əməkdaşları tarix üzrə fəlsəfə doktoru,dosent Elmar Məhərrəmov, tarix üzrə fəlsəfə doktoru,dosent Bəxtiyar Həsənov, tarix üzrə fəlsəfə doktoru,dosent Elçin Qarayev, böyük elmi işçi Yaşar Bəhrəmov və “Dünya tarixi” şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru,dosent Nailə Hüseynova, “Azərbaycan Respublikası tarixi” şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru,dosent Alı Balayev çıxış ediblər.


__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
  info.tarixinstitutu@gmail.com
  +994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: