02.10.2025 09:57
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, t.ü.f.d., dosent Cəbi Bəhramov, aparıcı elmi işçi, t.ü.f.d., dosent Ziyad Əmrahov, t.ü.f.d., dosent Bəxtiyar Həsənovun Sloveniyanın “Lex-Localis” adlı beynəlxalq səviyyəli elmi jurnalında ingilis dilində (“The consequences of forced deportations: an archival analysis of the Azerbaijani population’s displacement from the Armenian SSR (1948–1955, 1988–1991)” (“Azərbaycanlı əhalinin Ermənistan SSR-dən 1948-1955, 1988-1991-ci illərdə məcburi köçürülməsinin arxiv sənədləri əsasında təhlili: məcburi deportasiyanın nəticələri”) adlı birgə elmi məqaləsi çap olunub. Qeyd edək ki, jurnal Scopus, Web of Scince, Erih Plus kimi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxildir.
Bu məqalə keçmiş SSR rəhbərliyinin qərar, təlimat və göstərişləri əsasında azərbaycanlı əhalinin Qərbi Azərbaycandan deportasiyası tarixinə həsr olunub. Məqalə müəllifləri faktlara əsaslanaraq, İkinci dünya müharibəsindən sonra Sovet İttifaqının Türkiyə Cümhuriyyətinə qarşı əsassız ərazi iddiaları, 1948-1955-ci illər, 1988-1991-ci illərdə yerli azərbaycanlı əhalinin İrəvandan və Ermənistan SSR-in digər bölgələrindən deportasiyasını, eləcə də ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlər arxiv sənədləri, tarixi ədəbiyyat əsasında təhlil edirlər.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir