AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Bakı XIX-XX əsrlərdə (tarixi-etnoqrafik tədqiqat)”

03.10.2025 09:53

Bu günlərdə “Bakı XIX-XX əsrlərdə (tarixi-etnoqrafik tədqiqat)” adlı kollektiv monoqrafiya işıq üzü görüb. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun qərarı ilə çap edilən kitabın araya-ərsəyə gəlməsində Tarix və Etnologiya İnstitutunun əməkdaşları iştirak ediblər. Kitabın redaksiya heyətinin üzvləri mərhum, tarix üzrə fəlsəfə doktoru Emil Kərimov (elmi redaktor), “Müasir dövr etnologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şövqü Həsənov, baş elmi işçi, tarix elmləri doktoru, professor Nərgiz Quliyeva, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Tahir Şahbazov, mərhum, tarix üzrə fəlsəfə doktoru, dosent Pirağa İsmayılzadədir.

Monoqrafiya Azərbaycan Respublikasının paytaxtı, Şərqin ən qədim şəhərlərindən və mədəni mərkəzlərindən olan Bakının etnologiyasına həsr olunub. Zəngin mənbə, ədəbiyyat və çöl etnoqrafik materialları əsasında yazılmış kollektiv monoqrafiyada Bakının ənənəvi və müasir maddi mədəniyyəti, memarlığı, təsərrüfat həyatı, ailə məişəti,sənətkarlığı, mənəvi mədəniyyəti, müasir etnososial proseslər və məsələlər araşdırılıb. Monoqrafiya elmi ictimaiyyət, ali təhsil müəssisələrinin tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: