AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Çinli alim Tarix və Etnologiya İnstitutunda elmi ezamiyyətdə olub

04.10.2025 12:52

2 oktyabr 2025-ci il tarixində Çin Xalq Respublikasının Lanzhou Universitetinin Mərkəzi Asiya Araşdırmaları İnstitutunun siyasi elmlər doktoru, dosent Zhang Yuyan Tarix və Etnologiya İnstitunun qonağı olub.

Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov qonağı salamlayaraq institutun tarixi və tədqiqat istiqamətləri barədə məlumat verib. Görüşdə bir sıra elmi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 
Zhang Yuyan təmsil etdiyi universitet haqqında ətraflı danışıb, Lanzhou Universitetinin Mərkəzi Asiya İnstitutunun 1994-cü ildə yaradılması və Çində Mərkəzi Asiya tədqiqatlarına həsr olunmuş ilk tədqiqat mərkəzlərindən biri olduğunu  vurğulayıb. Çin alimlərinin ölkəmizə marağının artdığını qeyd edən Zhang Yuyan Azərbaycan və Çin tarixçiləri arasında elmi əməkdaşlıq imkanları və perspektivləri haqqında söz açıb. 

Beynəlxalq əlaqələr şöbəsi

Paylaş: