AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Sivilizasiyaların kəsişməsində Qara dəniz regionu”

08.10.2025 16:19

2025- ci il 19-20 sentyabr tarixində Şota Rustaveli adına Batumi Dövlət Universiteti və Niko Berdzenişvili adına Elmi-Tədqiqatlar İnstitutu Batumi şəhərində “Sivilizasiyaların kəsişməsində Qara dəniz regionu” adlı IV Beynəlxalq elmi konfransı keçirib.

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, t.u.f.d., dosent Budaqova Sahibə İbrahim qızı konfransda “ Qara dəniz Şərqi Avropa, Qafqaz və Turkiyə üçün mühüm tranzit dəhlizi kimi” mövzusunda çıxış edib, bu çıxış maraqla qarşılanıb, diskussiyaya səbəb olub.

Sonrakı gün konfrans Konstanta Ovidius Universitetinin (Rumıniya) Dini və Hüquqi-Kanonik Tədqiqat və Üç Monoteist Dinin: Mozaik, Xristian və İslamın Tədqiqi Mərkəzinin elmi bölmələrində işini davam etdirib. Konfrans gunlərində t.ü.f.d., dos. Sahibə Budaqova Turkiyə, İran, Gürcüstan, Rumıniya, Bolqarıstan, Ukrayna və digər ölkələrin alimlari ilə müxtalif mövzularda elmi müzakirələr aparıb.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: