AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

16 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən BED 1.30/1 saylı Dissertasiya şurasının iclası keçirilib.

16.10.2025 13:32

Əsgər Aydın oğlu Zeynalabdinovun 5502.01- “Ümumi tarixi” ixtisası üzrə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “ABŞ-ın Qafqaz siyasəti (1992-2000)” mövzusunda təqdim edilmiş dissertasiya işinin müdafiəsi təşkil olunub.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: