AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Yaqub Mahmudov açıqlama verdi: Arsak (Ərsak) saklarla bağlıdır! - VİDEO

17.09.2020 12:59

Sosial şəbəkələrdə və bəzi saytlarda "Tarix dərsliyində Qarabağın adı "Artsax" olaraq yazıldı" başlığı ilə yanlış xəbər yayılıb.
AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "ATV Xəbər"ə açıqlamasında dərslikdə "Artsax" deyil, Arsak (Ərsak) yazıldığını bildirib.
Qeyd edək ki, nəşrdə Arsakın (Ərsak) izahı da verilib: "Maraqlıdır ki, Qafqazda ilk xristian məbədi Qarabağda – qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda (Arsak) yaradılmışdır. Hazırda xristian məbədlərimiz erməni işğalı altındadır. Ermənilər bu məbədlərin üzərindəki kitabələri saxtalaşdırıb dünyaya erməni abidəsi kimi təqdim edirlər. Ərsak – erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi sak ərinin – igidinin adı ilə bağlı belə adlanırdı. Erməni işğalçıları qədim Azərbaycan torpağı olan Qarabağın dağlıq ərazilərinə sahib çıxmaq üçün Ərsak adını saxtalaşdırıb "Artsax" kimi təqdim edirlər".

Paylaş: