AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA Tarix İnstitutu struktur dəyişiklikləri barədə məlumata münasibət bildirib

21.02.2021 14:39

“Bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə bir sıra saytların “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərinə zidd olaraq, birtərəfli qaydada institutda keçirilməsi nəzərdə tutulan kompleks struktur dəyişiklikləri haqqında təklifləri qəsdən siyasiləşdirməsi, reallığı əks etdirməyən uydurma məlumatlar yayması, sistemli və məqsədyönlü şəkildə qaralama kampaniyası təşkil etməsi təəssüf hissi doğurur”.

Tarix institutunda həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişiklikləri haqqında təkliflər üzrə rəsmi qərar qəbul edildikdən sonra, bu barədə geniş ictimaiyyətə ətraflı məlumat veriləcək və kütləvi informasiya vasitələrinin hər bir sualı istisnasız olaraq cavablandırılacaqdır.

 

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: