31.12.2021 21:12
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir,hər birinizə xoşbəxt həyat, firəvanlıq və sevinc dolu günlər arzu edirik.
1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan olunmuşdur.
Geridə qoyduğumuz 2021-ci il uğurlu il kimi yadda qaldı. Tarixi Zəfərimizin bir ilini qeyd etdik. Bu ili hamılıqla bütöv Azərbaycanın vətəndaşı kimi qarşılayırıq.
Bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə ürəkdən təbrik edir, qarşıdan gələn 2022-ci il ölkəmizə əmin-amanlıq, uğur və bərəkət gətirsin.
Bayramınız mübarək!
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir