AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən dəyirmi masa keçirilib

06.05.2022 14:50

Kərim Şükürov tədbiri açaraq dahi şəxsiyyətin şərəfli ömür yolundan, fəaliyyətindən, cəmiyyətin həyatına nüfuz edən müdrik siyasətindən və Vətənimiz qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Dahi şəxsiyyətin həm sovet, həm də müstəqillik illərində üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən böyük məharətlə gələrək adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdığını deyib.

Daha sonra Tarix İnstitutunun əməkdaşları Ulu Öndərin həyat yolundan, böyük fəaliyyətinin çox böyük dövlətçilik salnaməsindən söhbət açaraq bildiriblər ki, Ulu Öndərin ideyaları və zəngin irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövlətinin hazırda tarixinin ən qüdrətli dövrünü yaşayır. Heydər Əliyevin rəhbərlik illərinin Azərbaycan tarixinə elmin tərəqqisi dövrü kimi daxil olub. Onun ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətləri heç zaman unudulmayacağı bildirib.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: