AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Mayın 6-da Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi.

11.05.2022 11:24

Tədbirdə AMEA-nın Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov, AMEA-nın Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı, Yasamal rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, Yasamal rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları, QHT sədrləri, müsabiqə iştirakçıları, KİV nümayəndələri və digər qonaqlar iştirak etdilər.

İlk öncə Mərkəzin foyesində ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilmiş rəsm müsabiqəsi qaliblərinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Daha sonra Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq, əziz xatirəsi yad edildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açaraq qonaqları salamladı, Azərbaycan xalqının taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin şəxsiyyəti və onun ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi xidmətlərindən danışdı, bildirdi ki, ulu öndərin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.

AMEA-nin Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov öz məruzəsində Heydər Əliyevin qlobal düşüncəli, geniş dünya görüşlü nəhəng siyasətçi olduğunu, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları sayəsində ölkənin hərtərəfli inkişafına nail olduğunu vurğuladı.

Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının müəllimi, bədii qiraətçi Pərvanə Talıbova ulu öndərə həsr olunmuş “Dahiliyin zirvəsisən” şeirini səsləndirdi.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, Yasamal rayon 13 saylı məktəbin direktoru Yaqut Sadıqova və AMEA-nın Tarix İnstitutunun elmi işçisi Günel Aslanlı ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs etdilər.

Daha sonra “Xalqın böyük xilaskarı” şeir müsabiqəsinin qalibi 31 saylı tam orta məktəbin şagirdi Jalə Məmmədkərimlinin ifasında “Ulu öndər” şeiri, Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin müəlliməsi Dilarə Əhmədovanın fortepianoda müşayiəti ilə Elyar Əliyevin ifasında “Azərbaycan” mahnısı səsləndi.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cü ildönümü ilə əlaqədər keçirilmiş rəsm, şeir, inşa-yazı müsabiqəsinin qaliblərinə diplomlar, Heydər Əliyev Mərkəzi ilə əməkdaşlığa və keçirilən tədbirblərdə fəal iştirakına görə qonaqlara fəxri fərmanlar təqdim olundu.

Sonda İncəsənət Gimnaziyasının “Odlar Yurdu” xoreoqrafiya şöbəsinin şagirdlərinin ifasında rəqs , Mətləb Əhmədazadənin ifasında “Xudayarın təsnifi”, “ Mənim Azərbaycanım” mahnısı səsləndi.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: