AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu və Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında memorandum imzalanıb

16.05.2022 14:51

Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan və sözügedən müəssisənin baş elmi işçisi, iqtisadiyyat elmləri doktoru, dosent Dina Aytjanova AMEA A.A Bakıxanov adına Tarix İnstitutunda olublar.

İlk öncə Tarix İnstitutunun Baş direktoru Kərim Şükürov İnstitutut haqqında qonaqlara məlumat verərək dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirmiş və qardaş türk ölkəsi Qazaxıstanla elmin inkişafı istiqamətində ikitərəfli əlaqələrin möhkəmlənməsinin müsbət təsirini vurğulamışdır.

Qazaxıstanın Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan təmsil etdiyi institut barədə görüş iştirakçılarına məlumat verərək institutlarında 5 elmi tədqiqat şöbəsində 50 elmi işçinin, o cümlədən 12 elmlər doktoru və 25 elmlər namizədinin çalışdığını, son illərdə institutda 300-dən çox monoqrafiyanın nəşr olunduğunu bildirib.

Qazaxıstanın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Dina Aytjanova imzalanan memorandumun əhəmiyyətindən danışaraq ortaq türk tarixinin araşdırılmasında Tarix İnstitutunun öz töhvələrini verəcəyindən ümidvar olduğunu bildirmişdir.

Görüş çərçivəsində əməkdaşlıq memorandumu imzalanaraq, elmi-tədqiqatların həyata keçirilməsi, seminar və ixtisaslaşdırılmış kursların təşkili, birgə elmi simpoziumların, konfransların, hər iki institutun elmi fəaliyyət səviyyəsinin artırılması məqsədi ilə kadrların qarşılıqlı mübadiləsinin həyata keçirilməsi barəsində razılığ əldə olunmuşdur.

Görüşdə Tarix institutunun “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri t.e.d.,prof. Tofiq Mustafazadə, həmən şöbənin aparıcı elimi işçisi t.ü.f.d.,dosent Əzizağa Ələkbərov və institutun “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri İradə Qurbanova iştirak ediblər.

         

    

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: