15.09.2023 18:53
Sentyabrın 15-i İsmayıl Balı oğlu Umudlunun 5102.01- “Etnoqrafiya və etnologiya” ixtisası üzrə “XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qazax qəzasında əsilzadələrin şəcərəsi” və Rahim Rafiq oğlu Həsənovun 5503.02 –“Vətən tarixi” ixtisası üzrə “Azərbaycan Xalq Cümhuriyyəti siyasi xadimlərinin dövlətçilik fəaliyyəti (1917-ci il fevral-1918-ci il may)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işinin müdafiəsi keçirilib.
Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçılar uğurla müdafiə etdi və təqdim etdikləri dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi