AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

VƏLİXANLI NAİLƏ MƏMMƏDƏLİ QIZI

VƏLİXANLI NAİLƏ MƏMMƏDƏLİ QIZI

“Şöhrət” və "Şərəf" ordenli əməkdar elmi xadimi, AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarix Muzeyinin direktoru, tarix üzrə elmlər doktoru.

Nailə Məmmədəli qızı Vəlixanlı 1940-cı il dekabr ayının 25-də Bakı şəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində anadan olmuşdur.

1948-1958-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə oxumuşdur.

1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakultəsinin ərəb şöbəsinə daxil olmuşdur.

1963-cü ildə Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub təyinatla Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

1964-1967-ci illərdə Tarix elmlər doktoru Ziya Bünyadovun rəhbərliyi ilə “IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında” mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir.

1970-2005-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan (Bakı) Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda , Xəzər, Ziya, Azərbaycan Universitetlərində “Ərəb ölkələri tarixi”, “İslam tarixi”, “Ümumi tarix”, “Azərbaycan tarixi”, “Asiya və Afrika ölkələri tarixi”, “Dünya dinləri”, “Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı” və digər fənləri, eləcə də ixtisas üzrə kurs və seminarı tədris etmişdir.

1998-ci ilin iyul ayından indiyədək AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktorudur.

2006-cı il 7 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Heraldika şurasının üzvü seçilmişdir.

2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və vitse prezidenti seçilmişdir.

2010-cu il 8 fevral tarixində Azərbaycan Respublikası Prezsidentinin fərmanı ilə Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının üzvü seçilmişdir. 

2010-cu il 19 fevral tarixində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü seçilmişdir.

2010-cu ildə 24 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycanda tarix və şərqşünaslıq elmlərinin inkişafında, eləcə də muzeyşünaslıq sahəsindəki xidmətlərinə görə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

2020-ci ildə ölkədə elmin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.

Ətraflı məlumat üçün bax: Nailə Vəlixanlı. Biblioqrafiya. Bakı. Elm-2012 

Paylaş: