AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

FƏRZƏLİYEV ŞAHİN FAZİL OĞLU

FƏRZƏLİYEV ŞAHİN FAZİL OĞLU

“Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, şair, şərqşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları ilə təltif olunmuş tarix üzrə elmlər doktoru, professor.

“Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Şahin Fazil oğlu Fərzəliyev 1940-cı il mart ayının 27-də Quba şəhərində anadan olub.

1959-cu ildə Qubada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini daxil olmuşdur. Bu şöbəni 1964-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.

Ədəbi fəaliyyətə isə XX əsrin 50-ci illərində başlamışdır. 

1963-1988-ci illərdə fasilələrlə on üç il Əfqanıstanın müxtəlif şəhərlərində işləmiş və Əfqanıstanın 3 dövlət medalı və fəxri fərmanları ilə təltif olunmuşdur. 

Ümumi tarix, Vətən tarixi ixtisasları üzrə "Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsəri Azərbaycan tarixinin mənbəyi kimi (XV-XVI əsrlər)" mövzusunda namizədlik dissertasiyası, "Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə"  mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib. 200-dən çox çapdan çıxmış elmi əsərin müəllifidir.  

Ən mühüm elmi əsərləri

  • Fars dilində: Jozef Tiflisi. Mir Veys və Şah Sultan Hüseyn, İran, İsfahan, 2010 
  • İslam və cəmiyyət: XV-XVI yüzillərdə Türkiyə-Azərbaycan münasibətlərində məzhəbin rolu. “Türk dünyası: Dünəni və bugünü”: Beynəlxalq Elmi konfrans (Tezislər). Bakı, 2011
  • Məmməd Mübariz Əlizadə və “Şahnamə”. Şərq filologiyasının aktual problemləri: Respublika Elmi Konfransının materialları. Bakı, 2011
  • Şəkinin müstəqillik uğrunda mübarizə tarixindən. Azərbaycan Respublikası: uğurlar və perspektivlər: Beynəlxalq Elmi konfransın materialları. Bakı, 2011
  • Azərbaycanın Dərbənd şəhəri uğrunda Səfəvi-Osmanlı rəqabəti (1607-ci il). AMEA Tarix İnstitutunun Elmi əsərləri. 40-cı cild, Bakı, 2012
  • Bir daha Şeyx Bünyad nəsli haqqında. Akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Simpoziumun materialları. Bakı, 2012
  • Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin XVI əsr özbək hökmdarları haqqında məlumatı. Akademik V.Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları. Bakı, 2012
  • Şəki XIV əsrin sonları – XV əsrin əvvəllərində. Antik və Orta əsr Azərbaycan şəhərləri: Beynəlxalq Elmi Konfransın materialları. Bakı, 2012
  • Tariximiz açıqlanmamış mövzuların izi ilə. Tarix və onun problemləri, 2013, № 3.
  • Bir əsrin iki dövləti, yaxud Qaraqoyunluların və Ağqoyunluların tarixşünaslığı haqqında yeni kitab. Tarix və onun problemləri, 2013, № 1.
  • Qubadlı bölgəsi orta əsrlər dövründə. Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı. Bakı, 2013
  • Şəkinin müstəqillik uğrunda mübarizə tarixindən. Azərbaycan Respublikası, Uğurlar və perspektivlər. Beynəlxalq Elmi Konfransın Materialları, Bakı, 2012, səh. 31-36
  • Sultan Səlim Yavuz və Şah İsmayıl Səfəvi tərəfindən Çaldıran Savaşı öncəsində yazılmış beş tarixi məktub haqqında. “Səfəvilər və Şah İsmayıl” kitabı, İstanbul, 2014, səh. 197-209.
  • XVI əsrin son rübündə Azərbaycan-Türkiyə münasibətlərində Krım xanlığının rolu, Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları, Bakı, 2014, səh. 269-271.
  • Xanlıqlar dövründə Qubada xalçaçılıq sənətinin inkişafı, Azərbaycan xalçaları elmi-publisistik jurnalı, Bakı, 2015, səh. 50-57.
  • Rus hakimiyyətinə qarşı 1826-cı il Quba üsyanı, onun amansızlıqla yatırılması və üsyançılara qarşı sərt cəza tədbirləri, “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda II Beynəlxalq Elmi konfransın materialları, Bakı, 2015, səh. 197-201
  • 1501-ci ildə baş vermiş Naxçıvan (Şərur) döyüşü haqqında bəzi məlumatlar, Naxçıvan Dövlət Universiteti və Ağrı İbrahim Çeçen Universiteti ilə birgə keçirilmiş Naxçıvan və Doğu Anadolu abidələri. Beynəlxalq Simpoziumu, Naxçıvan 2015, 10-12 may.
  • Monqol ağallığı dövründə Azərbaycanda sikkə zərbi və pul tədavülü. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Pedaqoji kadrların “İxtisasartırma və Yenidən hazırlama” İnstitutu. Tarix, İnsan və Cəmiyyət Elmi Nəzəri və elmi-metodik jurnal. Bakı, 2015, 1 (12), səh. 26-32
  • Cəlalilər hərəkatı haqqında bəzi qeydlər: Hərəkatın başlanması, səbəbi və nəticələri, Azərbaycanşünaslığın aktual problemləri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VI Beynəlxalq Elmi Konfransın Materialları, I hissə, 2015-ci il, Bakı, səh. 388-391.
  • Bir əsrin üç şirvanşahı haqqında bəzi qeydlər, Şirvanşahlar sarayı: Tarix, həqiqətlər, mülahizələr. Elmi – praktik konfrans. Məqalələr toplusu, 2016-cı il, səh. 48-59
  • Nəslinin şöhrətli təmsilçisi olan Sara Aşurbəyli haqqında bəzi qeydlərim, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi “İçərişəhər” tarixi muzeyi, Bakı tarixinin ensiklopediyası: Sara Aşurbəyli – 100 il, “Elm və təhsil”, Bakı, 2016, səh.24-33.
  • Müstəqillik illərində çap olunmuş cox qiymətli mənbə barədə bəzi qeydlər, Müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı. Respublika Elmi Konfransının Materialları, Sumqayıt, 2016, səh. 148-149. Quba tarixi, TEAS Press Nəşriyyat evi, 2016.
Paylaş: