AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ABDULƏLİMOV NAKİM ƏLƏSGƏR OĞLU

ABDULƏLİMOV NAKİM ƏLƏSGƏR OĞLU

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Ümumi işlər üzrə direktor müavini.

Nakim Ələsgər oğlu Abduləlimov 1946-cı il martın 20-də Şəki şəhərində anadan olub.

1953-1964-cü illərdə 8 saylı rus dilli orta məktəbdə təhsil alıb.1965-1970-ci illərdə Azərbaycan Politexnik İnstitutunda Elektrotexnika fakültəsinin “Radioelek­tron aparaturasının istehsalatı” ixtisası üzrə ali təhsil alıb.

1970-ci ildən 1972-ci ilə qədər Özbəkistanın Səmərqənd şəhərində “Kinap” zavodunda mühəndis, 1972-1984-cü, 1995-2003-cü illərdə Elektrotexniki Sənaye Nazirliyinin Bakı İşıq İstehsalat birliyində mühəndis işləyib.

1984-1990-cı illərdə sex rəisi, 1990-1995-ci illərdə Bakı İşıq İstehsalat birliyində“Şəms-2” kooperativinin sədri olub.

2003-2005-ci illərdə Nizami rayonu İcra Hakimiyyətində Layihə-Smeta Bürosunda mühəndis, 2005-ci il fevral ayının 16-dan AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Ümumi işlər üzrə direktor müavinidir.

Paylaş: