Gəncə-Qarabağ əyalətinin icmal dəftəri
| Müəllif | - |
|---|---|
| Nəşr olunduğu il | 2010 |
| Bölmə | tarix |
| Səhifə sayı | 508 |
| Dil | Azərbaycan türkcəsi |
| Baxış sayı | 3200 |
| Yükləmə sayı | 171 |
«Gəncə-Qarabağ əyalətinin icmal dəftəri» tədqiqatçı alimlərin istifadəsinə verilən növbəti ilk mənbədir. İrəvan əyalətinin «Müfəssəl dəftəri» və «İcmal dəftəri» kimi, «Gəncə-Qarabağ əyalətinin icmal dəftəri» də, faktiki olaraq, çox qiymətli siyahıyaalma sənədidir. Məlum olduğu kimi, 1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsində qalib gələn Osmanlı imperiyası işğal olunmuş Səfəvi torpaqlarında, o cümlədən Azərbaycan ərazisində siyahıyaalmalar həyata keçirmişdi. Məqsəd işğal olunmuş ərazilərdən toplanılaraq xəzinəyə daxil olacaq vergilərin miqdarını dəqiq müəyyən etmək, imperiyanın vergi sistemini nizamlamaq idi.