AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti (iyun 1941-dekabr 1950-ci illərdə)

Müəllif Nazim Məmmədov
Nəşr olunduğu il 2006
Bölmə tarix
Səhifə sayı 182
Dil Azərbaycan türkcəsi
Baxış sayı 2000
Yükləmə sayı 30

Kitab Azərbaycanın ayrılmaz tərkib hissəsi olan DQMV-nin 1941-ci ilin iyun ayından 1950-ci ilin dekabr ayınadək olan mürəkkəb, ziddiyyətli və əhəmiyyətli tarixi dövrünü əhatə edir. Kitab 6 fəsildən ibarətdir. I fəsildə DQMV-nin təbii-coğrafı şəraiti, relyefi, geoloji quruluşu, faydalı qazıntıları, iqlimi, daxili suları, flora və faunası, təbii şəraiti və ehtiyatları, əhalisi və onun milli tərkibi, sənayesi, kənd təsərrüfatı, II fəsildə:1918-ci ildən I940-cı ilədək Dağlıq Qarabağın qısa tarixi icmalı, DQMV-nin təşkili məqsədləri və onun ağır nəticələri, birtərəfli sənayeləşmə və zorakı kollektivləşmənin nəticələri, III fəsildə DQMV-nin İkinci dünya müharibəsi dövrü tarixi, IV fəsildə DQMV-də 1946-1950-ci illər xalq təsərrüfatının bərpa və inkişafı, V fəsildə Azərbaycan SSR DQMV-nin 1946-1950-ci illər mədəni quruculuq, təhsilin, mədəni-maarifın, mətbuatın, elmin, ədəbiyyat və incəsənətin inkişafı, V fəsildə XX yüzilliyin 40-cı illərində Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları və nəticələri, «son söz əvəzi»ndə isə hazırkı dövrdə Ermənistan tərəfindən Azərbaycanm tarixi torpaqlarının 20 faizinin işğal edilməsi, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, ərazi bütövlüyümüz uğrunda dövlətimizin apardığı məqsədyönlü siyasət arxiv sənədləri, dövrü mətbuat materialları və mövcud elmi ədəbiyyat əsasında şərh olunur.

Paylaş: