AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Osmanlı sənədlərində Qarabağ

Müəllif Kollektiv
Nəşr olunduğu il 2011
Bölmə tarix
Səhifə sayı 616
Dil Azərbaycan türkcəsi
Baxış sayı 353
Yükləmə sayı 13

Qarabağın zəngin tarixinin ətraflı və dərindən araşdırılması Azərbaycan tarix elminin qarşısında duran ən aktual və ən önəmli məsələlərdən biridir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın uzun illər ərzində yaratmış olduğu zəngin tarixin daha dərindən öyrənilməsi üçün tədqiqatçılarımız qarşısında geniş imkanlar yaranmışdır. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda bu sahədə xeyli iş görülmüş, mülıüm tədqiqatlar aparılmışdır. Dövrün ilk mənbələrinin nəşr olunması bu istiqamətdə tədqiqatların daha da genişləndirilməsinə böyük imkanlar yaratmışdır. Belə nəşrlərdən biri Türkiyə Respublikası Başbakanlıq Osmanlı Arxivləri Baş İdarəsinin nəşr etdirdiyi “Osmanlı sənədlərində Qarabağ” kitabıdır. Zəngin Osmanlı arxiv sənədləri əsasında hazırlanan bu sənədlər toplusuna Qarabağın XVI-XX əsrin əvvəllərindəki tarixini əks etdirən çox qiymətli sənədlər daxil edilmişdir. Sənədlər toplusunun “Siyasi, hərbi və diplomatik əlaqələr” adlanan hissəsində ilk növbədə 1578-1590-cı il Osmanlı-Səfəvi müharibəsinin gedişində Osmanlı ordusunun Qarabağı ələ keçirməsindən, bölgədə Osmanlı idarə sisteminin yaradılmasından bəhs edən sənədlər öz əksini tapmışdır. Sənədlər toplusunun məhz bu hissəsində verilən sənədlərdə I Pyotr dövründə Rusiyanın “isti dənizlərə” çıxmaq üçün Azərbaycanın Xəzərsahili vilayətlərinə yürüşünü, Peterburq və İstanbul müqavilələrinin bağlanması ilə Azərbaycanm Dərbənd, Bakı, Salyan və Lənkəran bölgələrinin işğal edilməsini izləmək mümkündür. XVIII əsrin yarısında Azərbaycan xanlarının, xüsusən də Qarabağ və Gəncə xanlarının Osmanlı dövləti ilə diplomatik əlaqələri, XIX əsrin əvvəllərində çar Rusiyasımn Azərbaycan xanlıqlarının işğalına başlaması, Rusiya-İran, Rusiya-Türkiyə müharibəsinin gedişində Azərbaycan xanlıqlarının Osmanlı dövlətindən yardım almaq üçün göstərdikləri təşəbbüslər, bunun nəticələri və bir çox başqa məsələləri həmin sənədlərdən öyrənmək mümkündür.

Paylaş: