AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Şimal-Qərbi Azərbaycan: İngiloylar

Müəllif Şirinbəy Hacıəli
Nəşr olunduğu il 2007
Bölmə tarix
Səhifə sayı 287
Dil Azərbaycan türkcəsi
Baxış sayı 2039
Yükləmə sayı 25

Kitabda ilk dəfə olaraq qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyası etnoslarından birinin varislərinin - ingiloyların tarixi elmi əsaslarla tədqiq olunur. Müxtəlif dillərdə olan mənbələrdəki zəngin fakt materiallarına və elmi ədəbiyyatın tənqidi təhlilinə əsaslanan həmin əsərdə, eyni zamanda, bütövlükdə Şimal-Qərbi Azərbaycanın tarixi keçmişinə yeni səpgidə nəzər salınır. Müəllifin ingiloyların mənşəyi, tarixi əraziləri və onların Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim yerli etnoslardan biri olması haqqında elmi nəticəsi, qədim Şəki dövləti barədə araşdırmaları xüsusilə maraqlıdır. Əsərdə Azərbaycanın şimal-qərb bölgəsinin tarixini saxtalaşdıranlara tutarlı cavab verilir. Kitab tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Paylaş: