AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Birinci Dünya müharibəsi illərində Urmiyada türk-müsəlman əhalinin soyqırımı

Müəllif Həsən Əlibəyli
Nəşr olunduğu il 2018
Bölmə tarix
Səhifə sayı 124
Dil Azərbaycan türkcəsi
Baxış sayı 2420
Yükləmə sayı 65

I Dünya müharibəsi ərəfəsində Qacarlar İranının dərin siyasi və maliyyə böhranı keçirməsindən məharətlə istifadə edən çar Rusiyası və Böyük Britaniya alçaldıcı 1907-ci il sazişini Qacarlar hökumətinə qəbul etdirərək, ölkəni nüfuz dairələrinə ayırırlar. I Dünya müharibəsi başlayan andan Qacarlar İranı özünü bitərəf elan etsə də, əslində çar Rusiyası və Böyük Britaniya tərəfindən işğal olunmuş, Antanta qüvvələrinin döyüş meydanına çevrilmişdir. Monoqrafiya dövrün imperialist dövlətlərinin Birinci dünya müharibəsinin yaratdığı imkanlardan istifadə edərək Cənubi Azərbaycan ərazisində aysor-erməni xristian dövləti yaratmaq cəhdlərinə həsr olunub. Bu planın həyata keçirilməsi zamanı Urmiya, Salmas, Xoy kimi Cənubi Azərbaycan şəhərlərində yerli sakinlərin kütləvi qətliamı, evlərinin talan olunması baş vermiş, yurdlarından didərgin salınan insanların xeyli hissəsi şaxtalı havanın qurbanı olmuşdur. Müəllif, Cənubi Azərbaycan ərazisində xristian aysorlar üçün dövlətin yaradılmasında maraqlı olan imperialist dövlətlərin hiyləgər diplomatiyasının incəliklərinə toxunmuş, əsasən, fars və rus mənbələrinə istinadən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin məqsəd və mahiyyətini aça bilmişdir. Əsər tədqiqatçılar, təhsil müəssisələrinin uyğun ixtisas tələbələri, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Paylaş: