AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Azərbaycan Respublikasının “Böyük İpək yolu”nun bərpasında iştirakı (1991–2005-ci illər)

Müəllif Hakim İsakov
Nəşr olunduğu il 2011
Bölmə tarix
Səhifə sayı 284
Dil Azərbaycanca
Baxış sayı 1879
Yükləmə sayı 20

Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq “İpək yolu”nun bərpası prosesi monoqrafiyada kompleks şəkildə tədqiq edilmişdir. Əsərdə SSRİ dağıldıqdan sonra respublikanın nəqliyyat-iqtisadi vəziyyətinə aydınlıq gətirilmiş, “Yeni ipək yolu”nun yaradılmasının iqtisadi, siyasi zəruriliyi elmi baxımdan şərh edilmiş, bərpa istiqamətində Avropa Komissiyasının həyata keçirdiyi layihələr təhlil və tədqiq edilib öyrənilmişdir. Monoqrafiyada həmçinin Ümummilli lider Heydər Əliyevin bu sahədəki xidmətləri elmi tədqiqat obyektinə çevrilmiş, bərpa prosesinin respublikanın nəqliyyat infrastrukturunun yenidən qurulmasında, regional və beynəlxalq nəqliyyat-iqtisadi əlaqələrin inkişafında əsaslı rolu, həmçinin Ermənistanın ölkəmizin iqtisadiyyatına, ekologiyasına və mədəniyyətinə vurduğu zərbələr elmi baxımdan təhlil və tədqiq edilib öyrənilmişdir. Monoqrafiya elm və təhsil sahəsində çalışanlar, tədqiqatçılar, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Paylaş: