AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi. 3-cü cild.

Müəllif Röfət Quliyev
Nəşr olunduğu il 2015
Bölmə tarix
Səhifə sayı 448
Dil Azərbaycanca
Baxış sayı 1851
Yükləmə sayı 7

Kitabda 1991-ci il oktyabrın 18-də müstəqilliyinə qovuşan Azərbaycan Respublikasının dövlət idarəçiliyinin ayrılmaz tərkib hissəsi olan gömrük xidmətinin təşkili və formalaşması mərhələləri araşdırılır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və tövsiyələri əsasında dövlətinin gömrük siyasətinin iqtisadi, təşkilati və hüquqi mexanizmləri işlənilib-hazırlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gündəlik qayğısı ilə milli gömrük sistemi daha da təkmilləşdirildi, iqtisadi təhlükəsizliyimizin qorunmasında rolu və əhəmiyyəti daha da artırıldı. Kitabda həmçinin ölkənin iqtisadi-ticarət əlaqələrinin ildən-ilə genişlənməsi kontekstində gömrük nəzarətinin iqtisadi nəticələrinin yüksəlməsi, qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə işinin səmərəsinin artması, gömrük işi sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilərək tətbiq edilməsi kimi məsələlər təhlil olunur. Kitab milli iqtisadiyyatın və gömrük tarixinin tədqiqi və tədrisi ilə məşğul olan elmi işçilər, müəllimlər, həmçinin “İqtisadiyyat” və “Gömrük işi” ixtisası üzrə təhsil alan tələbələr və milli gömrük tariximizi öyrənən oxucular üçün faydalı ola bilər.

Paylaş: