AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

“Əsrin müqaviləsi”: Azərbaycan neft strategiyasının təməl daşı

Müəllif Ərəstun Mehdiyev
Nəşr olunduğu il 2014
Bölmə tarix
Səhifə sayı 248
Dil Azərbaycanca
Baxış sayı 1694
Yükləmə sayı 22

Monoqrafiyada “Əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirən amillər, Azərbaycan hökuməti ilə xarici şirkətlər arasında danışıqlar prosesinin mərhələləri və tərəflərin mövqelərinin uzlaşdırılması sahəsində meydana çıxan problemlər, Azərbaycanın bölgədəki müxtəlif geosiyasi maraqların tarazlaşdırılması və öz mənafelərini qorumaq üçün göstərdiyi səylər, habelə müqavilənin əsas müddəaları sistemli şəkildə araşdırılır və təhlil olunur. Eyni zamanda, “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın neft‐qaz sənayesinə kapital axınının güclənməsi prosesi və imzalanmış digər müqavilələrin iqtisadi‐siyasi cəhətləri, yeni texnologiyaların tətbiqi əsasında müasir infrastrukturun və şaxələndirilmiş neft ixracı sisteminin yaradılması, eləcə də bu sahədə xarici təzyiqlərin və çətinliklərin dəf olunması ilə bağlı hökumətin siyasəti ilk dəfə olaraq vahid elmi tədqiqat obyekti kimi hərtərəfli araşdırılır, görülən tədbirlərin ölkənin sosial‐iqtisadi inkişafına və beynəlxalq mövqelərinə müsbət təsiri qiymətləndirilir.

Paylaş: