Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti
Müəllif | Nərgiz Əliyeva |
---|---|
Nəşr olunduğu il | 2015 |
Bölmə | tarix |
Səhifə sayı | 168 |
Dil | Azərbaycanca |
Baxış sayı | 1987 |
Yükləmə sayı | 81 |
Kitabda Azərbaycan alimlərinin Yaxın Şərq və Mərkəzi Asiyanın müxtəlif mədəniyyət mərkəzlərində elmi fəaliyyəti və qarşılıqlı elmi əlaqələri, təhsil müəssisələri və tədris üsullarından bəhs olunur. Burada ilkin təhsil ocaqları, azərbaycanlı alimlərin müdərris kimi fəaliyyət göstərdikləri müxtəlif tədris ocaqlarından, o cümlədən Azərbaycanda fəaliyyət göstərmiş mədrəsələr və xanəgahlar haqqında məlumat verilir. Kitabda Xilafətin 30-dan artıq mədrəsəsi və orada tədrislə məşğul olmuş azərbaycanlı müdərrisin fəaliyyətindən bəhs edilir. Əsərdə azərbaycanlı alimlərə dərs demiş görkəmli təhsil xadimləri və tədris müəssisələrini ziyarət etmiş alimlərlə bağlı materiallar da öz əksini tapmışdır.