Şuşa. Pənahabad
Müəllif | Yaqub Mahmudov, Camal Mustafayev |
---|---|
Nəşr olunduğu il | 2012 |
Bölmə | tarix |
Səhifə sayı | 152 |
Dil | Azərbaycanca |
Baxış sayı | 1837 |
Yükləmə sayı | 66 |
İyirmi il bundan qabaq Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmış Şuşa Azərbaycan xalqının ən qədim yaşayış məskənlərindən biri, nadir memarlıq nümunəsi olan şəhər-qalası, Qarabağın tacı, mədəniyyət beşiyidir. Pənahəli xan Cavanşirin əsasını qoyduğu bu şəhər-qala adı, şöhrəti ölkəmizin hüdudlarını aşmış qəhrəmanlar, sərkərdələr, ədiblər, şairlər, bəstəkarlar, xanəndələr yetirmişdir. Kitabda Şuşanın tarixi keçmişi, unikal tarixi memarlıq abidələri, görkəmli şəxsiyyətləri haqqında məlumatla yanaşı, şəhərin erməni vandallarının işğalından əvvəlki və işğaldan sonrakı mənzərəsini əks etdirən fotosənədlər də öz əksini tapmışdır.