Azərbaycan SSR 1920-1930-cu illərdə: hakimiyyətdaxili qarşıdurmalar
Müəllif | Xəlilov Aslan |
---|---|
Nəşr olunduğu il | 2015 |
Bölmə | tarix |
Səhifə sayı | 556 |
Dil | Azərbaycanca |
Baxış sayı | 2337 |
Yükləmə sayı | 289 |
Monoqrafiyada, Vətən tarixşünaslığında, ilk dəfə olaraq, bütün 1920-1930-cu illər ərzində Azərbaycan SSR-in kommunist rəhbərliyində baş verən,ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında dərin izlər buraxan sürəkli ixtilaflar və onların motivləri yeni təfəkkür tərzi əsasında, kompleks şəkildə tədqiq edilmişdir. Əsərdə, ilk dəfə olaraq, respublikada totalitarizmin əsas təsisatlarından biri olan, hakimiyyətdaxili çəkişmələrin əsas subyekti rolunda çıxış edən kommunist nomenklaturanın elmi xarakteristikası verilmişdir. Müəllifin problem üzrə irəli sürdüyü elmi tezislər siyasi tariximizin (1920-1930-cu illər) bir sıra məsələləri üzrə hələ də mövcud olan ənənəvi təsəvvürlər çərçivəsindən kənara çıxaraq orjinal və tərəfsiz bir əsərin yaranmasında mühüm rol oynamışlar. Böyük əksəriyyəti elmi dövriyyəyə ilk dəfə daxil edilmiş arxiv materiallarına əsaslanması, qərəssiz yanaşma tərzi, sovet dönəmi üçün xarakterik olan izafi akademizmdən azad olan aydın və obrazlı dili əsəri yalnız mütəxəsislər üçün deyil, eyni zamanda, geniş oxucu kütləsi üçün maraqlı və faydalı edir.