İranda Azərbaycan tarixi məsələləri
Müəllif | Eynulla Mədətli |
---|---|
Nəşr olunduğu il | 2020 |
Bölmə | tarix |
Səhifə sayı | 508 |
Dil | Azərbaycanca |
Baxış sayı | 2566 |
Yükləmə sayı | 194 |
Monoqrafiyada Azərbaycanın tarixi coğrafiyası, dövlətçilik tarixi, Azərbaycan xalqının təşəkkülü, dili və mədəniyyəti məsələlərinə İran tarixçilərinin münasibəti aydınlaşdırılmış, xüsusilə Cənubi Azərbaycanda 1905‐1911‐ci illər milli demokratik hərəkatı və 1920‐ci ilin aprel‐sentyabr aylarında Şeyx Məhəmməd Xiyabani və 1945‐1946‐cı illərdə Seyid Cəfər Pişəvəri hərəkatının İran tarixşünaslığında tədqiqi və dəyərləndirilməsi öyrənilmiş, dövrün qaynaqlarından istifadə olunmaqla hərtərəfli təhlil edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və İranla qarşılıqlı əlaqələrinin, Sovet dövründə Azərbaycan‐İran münasibətlərinin, eləcə də müstəqil Azərbaycan Respublikası tarixi məsələlərinin İran tarixşünaslığında əksi geniş araşdırılmış, yol verilən subyektiv qiymətləndirmələr və qərəzli yanaşmalar əsaslı şəkildə tənqid edilmişdir. Monoqrafiya XX əsr Azərbaycan tarixi məsələlərini öyrənən tədqiqatçılar və tələbələr, həmçinin geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.