AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Azərbaycanın Avropa ölkələri ilə əlaqələri

Müəllif Yaqub Mahmudov
Nəşr olunduğu il 2007
Bölmə tarix
Səhifə sayı 116
Dil Azərbaycan türkcəsi
Baxış sayı 2154
Yükləmə sayı 44

XV əsrin II yarısında Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinə həsr edilmiş bu kitabda Ağqoyunluların hakimiyyəti dövründə Azərbaycanın Avropa ölkələri ilə qarşılıqlı əlaqələrini doğuran tarixi şərait, Qərb ölkələri ilə diplomatik əlaqələrimiz, Avropanın Şərq siyasətinin mahiyyəti araşdırılır. Əsərdə müxtəlif Avropa ölkələrində danışıqlar aparmış Azərbaycan diplomatlarından, bu dövrdə Şərqdə yeganə qadın diplomat olan və şöhrəti Qərbi Avropa ölkələrində də geniş yayılmış Sara Xatundan, görkəmli dövlət xadimi Uzun Həsənin fəaliyyətindən, o cümlədən Qərb ölkələri ilə əlaqələrindən söhbət açılır. Kitabda Azərbaycanın o dövrün beynəlxalq münasibətlərində mühüm rol oynadığı göstərilir. Dərs vəsaiti bakalavr pilləsində təhsil alan tələbələr, magistrantlar, aspirantlar və müəllimlər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Paylaş: